Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ukrayna yüklərinin Azərbaycan ərazisindən Qazaxıstana və Çinə çatdırılması marşrutu üzrə sınaq qatarı yola düşüb

Ukrayna yüklərinin Azərbaycan ərazisindən Qazaxıstana və Çinə çatdırılması marşrutu üzrə sınaq qatarı yola düşüb

Sınaq imtahanları pullu olacaq: (16 Mart 2017 19:56)
Separatçılar Ukrayna kömürünü Rusiyaya göndərməyə başladı (14 Mart 2017 22:49)
Türkiyəli nazir İstanbula qayıdır (12 Mart 2017 12:13)

Tarix: 15 Yanvar 2016 17:08


Bakı, 15 yanvar, AZƏRTAC
AZƏRTAC “Lastnews”a istinadla xəbər verir ki, yanvarın 15-də Ukraynanın İlyiçevsk dəniz limanından Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə konteyner sınaq qatarı yola düşüb. Eksperimental reysə bərə keçidləri və quru yol daxildir.
Konteyner qatarının işə salınması mərasimində Ukrayna Baş nazirinin müavini Gennadi Zubko, infrastruktur naziri Andrey Pivovarski, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus və digər rəsmi şəxslər iştirak ediblər.
Marşrut Qara dənizin İlyiçevsk-Batumi və Xəzər dənizinin Ələt-Aktau-Port bərə keçidlərini əhatə edir.
Xatırladaq ki, dünən Bakıda Ukraynadan ixrac olunan yüklərin Gürcüstan və Azərbaycan əraziləri ilə Qazaxıstana daşınmasına dair danışıqlar aparılıb və razılaşma əldə olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun sözlərinə görə, bu marşrutla ayda səkkiz qatar hərəkət edəcək.

Teqlər:  Ukrayna yüklərinin Azərbaycan ərazisindən Qazaxıstana Çinə çatdırılması marşrutu üzrə sınaq qatarı yola düşüb



RƏYLƏR


Top xəbərlər