Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Rəvan" rəhbərıiyi vəd verdi, komanda məşqə çıxdı

"Rəvan" rəhbərıiyi vəd verdi, komanda məşqə çıxdı

Date: 15 January 2016 17:17

"Dünən komandanın kapitanı ilə söhbət etdik. Razılığa gəldik ki, maaşları hissə-hissə ödəyək". Bunu "Rəvan"ın vitse-prezidenti İlqar Axundov deyib.

Bir neçə gün əvvəl maaşların ödənilməməsi səbəbindən komandanın məşqləri boykot etməsindən danışan Axundov problemlərin həll olunduğunu söyləyib: "Futbolçular da məşqə başlayıblar. Artıq dünən ilk məşq olub. Bu gün isə iki məşq oldu. Futbolçular inandılar ki, "Rəvan" rəhbərliyi heç vaxt futbolçuların əmək haqlarını mənimsəmir".

Vitse-prezident komandanın "CBC Sport Kuboku"nda iştirak etməməsindən təəssüfləndiklərini bildirib: "Futbolçular da bundan təəssüf hissi keçirirlər. Biz də istəməzdik ki, belə olsun. Bu turnir komandanı yoxlamaq baxımından əlverişli fürsət idi".

Qeyd edək ki, bir neçə gün əvvəl futbolçular ötən ilin noyabr və dekabr aylarının maaşlarını almadıqları üçün məşqlərə qatılmaqdan imtina ediblər. Bu səbəbdən "Rəvan" "CBC Sport Kuboku"na qatılmayıb.("Report")

Fanat.az

Tags:  Rəvan rəhbərıiyi vəd verdi komanda məşqə çıxdı

RƏYLƏR


Top news