Bakıda üstü açılmamış qətllərlə bağlı tapşırıq verilib

Bakıda üstü açılmamış qətllərlə bağlı tapşırıq verilib
17:20 15 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda qeyri-aşkar şəraitdə törədilmiş bir çox cinayətlərin üstü açılıb

 

Yanvarın 15-də Bakı şəhər prokurorluğunda ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2015-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci il də ölkəmiz üçün uğurlu olub, dövlət başçısının rəhbərliyi altında həyata keçirilmiş müstəqil, düşünülmüş siyasi kurs sayəsində ölkəmiz öz uğurlu inkişafını davam etdirmiş, dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. Bunu ötən il ölkəmizdə keçirilmiş mühüm beynəlxalq tədbirlər də təsdiqləyir. Bütün bunların əsasında stabil dövlət siyasəti durur ki, bu stabillik bilavasitə ölkə rəhbərliyinin gərgin əməyinin məntiqi nəticəsidir.

 

Bildirilib ki, hesabat dövründə şəhər prokurorluğunun əməkdaşları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə ediblər.

 

Şəhər prokurorluğu əməkdaşları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilib, bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4644 cinayət işinin istintaqının tamamlanması təmin edilib.

Paytaxtın prokurorluq və digər hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş bir çox cinayətlərin, o cümlədən, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib, həmçinin qeyd olunan cinayətlərin sayında azalma müşahidə olunub ki, bu da respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsi kimi qiymətləndirilib.

Belə ki, Nizami rayonunda Fizuli İskəndərovun, Xəzər rayonunda Xatirə Rzayevanın və Əzizə Həsənovanın, Nərimanov rayonunda Bəxtiyar Əliyevin, Səbail rayonunda isə Tahir Talıbovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.

 

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da diqqətə çatdırılaraq ötən il ərzində qəsdən adam öldürmə cinayətlərinin və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq,  Qaradağ və Yasamal rayonlarının hər birində 1 qəsdən adam öldürmə, Nəsimi rayonunda 1 qəsdən adam öldürməyə cəhd, Sabunçu rayonunda 2 və Xətai rayonunda 1 ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin açılmaması narahatçılıq hissi ilə qeyd edilməklə həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb. Şəhər prokuroru tərəfindən bu istiqamətdə müvafiq göstərişlər verilib, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanmışdır ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun bir sıra əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 2 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıbr. 

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mircavan Kazımov çıxış edərək 2015-ci il ərzində daxili işlər orqanlarında cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Müraciətlərə baxılması şöbəsinin rəisi Ceyhun Qurbanov şəhər prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili, bu istiqamətdə görülmüş işlər haqqında ətraflı məlumat veriblər.

 

Yekunda şəhər prokuroru Əziz Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda qadını maşın vuraraq ağır yaralayıb

26 İyul 2017 08:42

Bu görüntü "günün fotosu" seçildi

26 İyul 2017 08:42

İki avtomobil toqquşub, ölən və yaralananlar var

26 İyul 2017 08:37

Bakıda kafedə tanışları ilə yeyib-içən şəxs bıçaqlanıb

26 İyul 2017 08:37

Hitlerin 4 tonluq qızıl XƏZİNƏSİ TAPILDI - DƏNİZDƏ

26 İyul 2017 08:37

Azərbaycanda ana iki övladı ilə özünü qatarın altına atıb

26 İyul 2017 08:32

"Çelsi" gənc futbolçunu bağışlamadı

26 İyul 2017 08:32

Avrovisiya-2018 müsabiqəsinin keçiriləcəyi şəhər müəyyən edilib

26 İyul 2017 08:27

Cərimənizi ödəyin, yoxsa... - REYDLƏR BAŞLADI

26 İyul 2017 08:22

Salyanda avtomobil 16 yaşlı velosipedçini vurub

26 İyul 2017 08:22

"O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..."

26 İyul 2017 08:22

Çinin 13 klubu növbəti mövsüm çempionata buraxılmaya bilər

26 İyul 2017 08:17

Kənan İmirzalıoğlunun yeni filmindən ilk fotolar

26 İyul 2017 08:12

6 otaqlı evdə yanğın olub

26 İyul 2017 08:05

Ermənistanın məqsədi - Müharibə, yoxsa...?

26 İyul 2017 08:05

ABŞ-da "tarixdə ən geniş sanksiyalar paketi" qanun lahiyəsi qəbul olundu

26 İyul 2017 08:05

Maykl Ceksonun qızı siqaret çəkərkən

26 İyul 2017 07:59

7 otaqlı ev yanıb

26 İyul 2017 07:57

Alişanın nişanlısı plastik əməliyyatdan qabaq belə görünüb - FOTO

26 İyul 2017 07:57

“ABB-Moskva”nın reytinqi aşağı salındı

26 İyul 2017 07:54

Azərbaycanda dövlət qulluqçuları daha çox hansı vəzifələrdə çalışır?

26 İyul 2017 07:52

"Fiorentina" fransalı futbolçu ilə anlaşdı

26 İyul 2017 07:52

Kürdəmirdə ikimərtəbəli evdə yanğın

26 İyul 2017 07:48

Donald Tramp baş prokurora Ceff Sensa etibar edir?

26 İyul 2017 07:47

Berna Laçının ailə səadəti - FOTO

26 İyul 2017 07:42

"Bunlar söz-söhbətləri boğmaq məqsədi daşıyır"

26 İyul 2017 07:37

Myanmada yağışlar nəticəsində məbədi su yuyub aparıb

26 İyul 2017 07:32

"Anam kimi qadın tapsam, evlənərəm"

26 İyul 2017 07:32

"Bundan dərs çıxarmalıyıq"

26 İyul 2017 07:22

Allergiyası olan adamlar xərçəng xəstəliyinə tutulmurlar

26 İyul 2017 07:18

Üç məşhur müğənni kişilərə "həddini bildirdi" - KLİP

26 İyul 2017 07:17

Volf ilə müqavilə yeniləndi

26 İyul 2017 07:12

Bakıda vağzalın ətrafı və metro stansiyalarının giriş-çıxışı nəzarətə götürülüb

26 İyul 2017 07:05

Binada yanğın: 3 sakin xilas olundu, 20-si təxliyə edildi

26 İyul 2017 06:54

Paytaxtda hamamda çimən uşağı cərəyan vuraraq öldürüb

26 İyul 2017 06:47

“Eurovision-2018”-nin tarixi və keçiriləcəyi şəhər bəlli oldu

26 İyul 2017 06:44

Qətərdən ərəb dövlətlərinə MÜHARİBƏ SİQNALI

26 İyul 2017 06:38

Bu ev enerjini qoruyur - FOTO

26 İyul 2017 06:32

Bakıda bir nəfər tanımadığı şəxs tərəfindən bıçaqlanıb

26 İyul 2017 05:57

Tez-tez intim münasibətin ZİYANLI TƏRƏFLƏRİ

26 İyul 2017 05:53

Abbas: “İsraillə əlaqələri bərpa etməyəcəyik”

26 İyul 2017 05:39

İllüstrasiyalı insanlar - FOTO

26 İyul 2017 05:32

Qadının qaşları Trampı arxa plana saldı

26 İyul 2017 05:04

Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin lehinə səs verib

26 İyul 2017 04:57

Bakıda binada yanğın olub, 3 nəfər xəsarət alıb, 3-ü xilas edilib

26 İyul 2017 04:47

Rusiya daha miqyaslı sanksiyalar astanasındadır

26 İyul 2017 04:39

Ağ evin mətbuat katibinin köməkçisi istefaya göndərilib

26 İyul 2017 04:37

Okean sahilində ev - FOTO

26 İyul 2017 04:32

Bakıda qadını maşın vurdu - Sürücü qaçmaq istədi....

26 İyul 2017 04:18

Timati bu sevgilisindən də ayrıldı?

26 İyul 2017 04:09