Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır

Elmar Məmmədyarov: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır

Date: 15 January 2016 17:23

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov Cakarta şəhərində törədilmiş silsilə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İndoneziya Prezidenti Joko Vidodoya, tərəfindən isə İndoneziya xarici işlər nazirinə başsağlığı məktublarının ünvanlandığını diqqətə çatdırıb. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınadığını deyib.

Səfir başsağlığı məktublarına, terror aktları nəticəsində insan itkisi ilə əlaqədar İndoneziyanın kədərinə şərik çıxmasına və göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, bunun Azərbaycan və İndoneziyanın terrora qarşı birliyinin nümunəsi olduğunu qeyd edib.

E.Məmmədyarov İslam dünyasında həmrəyliyin vacibliyini xüsusilə qeyd edib.

Görüşdə Azərbaycan və İndoneziya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsinin və terrorizmə qarşı mübarizədə birgə səylərin zəruriliyi vurğulanıb.

Səfir R.P.Atiyanto diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Azərbaycan və İndoneziya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Elmar Məmmədyarov Azərbaycan terrorizmin bütün forma təzahürlərini kəskin şəkildə qınayır


RƏYLƏR


Top news