Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanına Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumat verilib

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanına Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumat verilib
17:28 15 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC 
Yanvarın 15-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Muhammad Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Yavər Camalov Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə uğurla inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib. Nazir nümayəndə heyətinə MSN-in fəaliyyəti ilə bağlı məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Muhammad Zakaullah səmimi görüşə görə minnətdarlığını bildirib.
Görüşdə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayseri də iştirak edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistan_Herbi_Deniz_Quvvelerinin_komandanina_Mudafie_Senayesi_Nazirliyinin_fealiyyeti_barede_melumat_verilib-918843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR