Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin evindən silah tapılıb

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin evindən silah tapılıb

Date: 15 January 2016 17:29

 Baş Prokurorluq Füzuli rayonunda baş verən hadisələrlə bağlı saxlanılanların olması barədə yayılan məlumatlara münasibət bildirib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Füzulirayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin yaşadığı mənzildə axtarış aparılarkən “Makarov” tipli tapança və həmin silaha aid patronlar aşkar edilməsi faktına görə Bakı şəhər Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

E. Sultanov Füzuli hadisələri ilə bağlı iki polis əməkdaşının həbs edilməsi barədə yayılan məlumatların isə doğru olmadığını qeyd edib.  

 

Qeyd edək ki, APA hüquq-mühafizə orqanlarına istinadən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin və onun kürəkənləri - Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Samir Məhərrəm oğlu Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin Vidadi oğlu İsmayılovun saxlanılaraq istintaqa cəlb edilməsi barədə məlumat yayıb.


Tags:  Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin evindən silah tapılıb

RƏYLƏR


Top news