"Qızımın aktrisa olmasına etiraz edirdim" - Məlahət Abbasova

"Qızımın aktrisa olmasına etiraz edirdim" -  Məlahət Abbasova
17:31 15 Yanvar 2016
93 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan əməkdar incəsənət xadimi Məlahət Abbasova qızı Sudenin aktrisa olmasını istəmir.

Axşam.az-ın məlumatına görə, o, bu haqda "Hər axşam” verilişində deyib:

“Qızım çox istedadlıdır. Əvvəl aktrisa olmasına etiraz edirdim. İndi görürəm ki, həvəsi var. Türkiyədə ananın övladın istedadına qarşı çıxması olmaz. Ona görə də qızıma dəstək oluram”.

Aktrisa qardaş ölkədəki fəaliyyətindən bəhs edib:

“Heç vaxt serial aktrisası kimi tanınmaq istəmirəm. Fəaliyyətimi daha çox teatrda davam etdirirəm. Mənim rejissorluğumla Hüseyn Cavidin “İblis” əsərinin hazırlıqları başlayıb. Bu Azərbaycan üçün böyük hadisə olacaq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR