Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İcra nümayəndəsinin evindən silah tapıldı

İcra nümayəndəsinin evindən silah tapıldı

Date: 15 January 2016 17:42

Baş Prokurorluq Füzuli rayonunda baş verən hadisələrlə bağlı saxlanılanların olması barədə yayılan məlumatlara münasibət bildirib.

Milli.Az bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında deyib ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin yaşadığı mənzildə axtarış aparılarkən "Makarov" tipli tapança və həmin silaha aid patronlar aşkar edilməsi faktına görə Bakı şəhər Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
E.Sultanov Füzuli hadisələri ilə bağlı iki polis əməkdaşının həbs edilməsi barədə yayılan məlumatların isə doğru olmadığını qeyd edib.   

Milli.Az


Tags:  İcra nümayəndəsinin evindən silah tapıldı


RƏYLƏR


Top news