Azərbaycan yeni mərhələnin başlanğıcında - TƏHLİL

Azərbaycan yeni mərhələnin başlanğıcında - TƏHLİL
17:44 15 Yanvar 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezidentin iradəsi bütün növ islahatların sürətlənəcəyini göstərir

Azərbaycan bu durumu 8 il gecikdirə bildi. Dünyanın 2008-ci ildən tanıdığı böhranı biz indi - 2016-cı ildə hiss etməyə başlamışıq. Əslində indi baş verənləri də tam mənasıyla böhran deyil, böhran ərəfəsi adlandırılmaq daha doğru olar. İndiki məqamda dövlətin, özəl sektorun, hətta sadə vətəndaşın da bütün cəhdi bu prosesin böhrana keçməsinin qarşısını almaqdan ibarət olmalıdır...

 

Məsələnin həlli üçün ilk mərhələdə görülməli olan iş ajiotaj yaranmasına imkan verməmək, baş verənlərin dünyada olanlarla düz mütənasib, əlaqəli olduğunu cəmiyyətə izah etməkdir. Bu mərhələdə psixoloji böhranın yaranmamasının ilk çarəsi cəmiyyəti görülən işlər barədə mütəmadi məlumatlandırmaqdır...

 

 

Əvvəla, ondan başlayaq ki, Azərbaycanda baş verənlər dünyadakı qlobal iqtisadi proseslərlə düz mütənasibdir. Yəni, Azərbaycan beynəlxalq birliyə tam inteqrasiya olunmuş ölkə kimi dünyanın bir parçasıdır. Ölkə olaraq dünya ilə siyasi və iqtisadi bağlarını qoparmayıb, ona görə də qlobal məkanda baş verənlərin Azərbaycana da təsir etməsi tam təbiidir. Dövlət mənfi təzahürlərin ölkəyə daha gec çatması üçün profilaktik tədbirlər görə bilərdi və görüb. Elə bu tədbirlər nəticəsində qlobal məkanda başlamış iqtisadi və maliyyə böhranının Azərbaycana toxunmasını düz 8 il gecikdirə bildi. Cahanda gedən neft mübarizələri, nüfuz davaları, iqtisadi hökmranlığa nail olmaq üçün aparılan müharibələrdən ölkənin tamamilə bixəbər yaşaması və ya yan keçməsi mümkünsüzdü. Qısası, ölkənin qlobal böhrandan kənarda qalması bütün düsturlarla mümkün deyildi.

 

 

İndiki halda mümkün olan isə bu prosesdən daha az ağrı ilə çıxa bilmək, dayanmadan tədbirlər həyata keçirmək, cəmiyyəti baş verənlərin gerçək mahiyyəti ilə bağlı mütəmadi məlumatlandırmaqdır.

 

 

Dövlət öz işini görür. Lisenziyaların ləğv edilməsi, gömrük sektorunda islahatlarının sürətləndirilməsi, sahibkarlıq müəssisələrində qanunsuz yoxlamalar keçirən struktur rəhbərlərinin ciddi cəzalandırılması, bu tip yoxlamalara iki il müddətinə moratorium qoyulması, un və un məmulatlarının satışı və istehsalının Əlavə Dəyər Vergisindən azad edilməsi, süni qiymət artımı ilə bağlı mübarizə mexanizmlərinin işə salınması vəziyyətdən çıxmaq üçün atılmış ilk praktik addımlardır. Bu addımlar artıq özünün ilkin müsbət nəticəsini də verib, bazarlarda, marketlərdə xeyli ucuzlaşma olub. Ucuzlaşma prosesi tətbiq edilən iqtisadi mexanizmlərin nəticəsi olaraq davamlı xarakter daşımaqdadır. 

 

 

Əhəmiyyətli məqam odur ki, dövlət bu vəziyyətdən çıxmaqla yanaşı özəl sektorun inkişafını stimullaşdıran addımlar atır. Əslində beynəlxalq təcrübədə belə məqamlarda dövlətin öz rezervlərindən istifadə etməsi kimi təcrübələr mövcuddur. Böhran məqamlarında həmin təcrübələrdən inkişaf etmiş Avropa ölkələrində belə istifadə olunub. Məsələn, taxılın strateji məhsul olaraq, tamamilə dövlətin inhisarına alınması, yaxud qida təhlükəsizliyini təmin etmək üçün zəruri ərzaq mallarının dövlət nəzarətində istehsal və satışı, ya da istehlak mallarının qiymətinin böhrandan əvvəlki həddə dondurulması kimi mexanizmlər var.

 

Azərbaycan dövlətinin də bu mexanizmləri tətbiq etmək üçün kifayət qədər güclü resursları mövcuddur. Məsələn, dövlət bir neçə il əvvəl Taxıl Fondu yaradıb və həmin fondda ölkənin ehtiyatları üçün kifayət qədər taxıl toplanılıb. Bu faktı bir neçə gün öncə Dövlət Taxıl Fondunun rəhbəri də təsdiqləyib. Unun qiymətinin bahalaşmasının qarşısını almaq üçün dövlət ya ehtiyat taxıl rezervlərindən istifadə edə, ya bu məhsulları ƏDV-dən azad edə bilərdi. Dövlət bu rezervdən istifadə etməklə qiyməti endirmək yolunu seçmədi, sahibkarlığın inkişafı və özəl sektorun yaşaması üçün bu məhsulları əlavə dəyər vergisindən azad etdi. Nəticədə bu gün etibarilə regionun ən ucuz un satılan ölkəsi Azərbaycandır.

 

Eynilə Dövlət Neft Fondunda kifayət qədər ehtiyat var. Yaddan çıxarmayaq ki, dövlətin aktivləri təkcə valyuta ehtiyatları formasında deyil. Ölkənin qızıl ehtiyatı, xarici ölkələrdəki aktivləri və əmlak aktivləri var. Dövlət böhran anlarında bu rezervlərdən dərhal yararlana bilər.

 

Görülən işlər bununla yekunlaşmır. Azərbaycanın xarici siyasət kursundakı son addımları həmçinin ölkənin daha geniş sərmayə cəlb etməsinə, aşağı faizli kreditlər almasına da yardımçı ola biləcək.

 

Üstəlik, proses təkcə Azərbaycanda baş vermir. Hazırda qonşu ölkələrdə gedən proseslər də həmin ölkələrin valyutalarının dəyərdən düşməsinə səbəb olur. Deməli, orada baş verən sürətli ucuzlaşma Azərbaycan bazarlarına da təsir edəcək. Sahibkar ucuz qiymətə aldığı məhsulu burda da öz xərclərini üstünə gəlməklə indikindən ucuz qiymətə satacaq (əlbəttə, belə məqamda süni qiymət artımına yol verilməməsi zəruridir). Eyni zamanda son devalvasiyadan, üzən məzənnəyə keçiddən sonra yaranan panik durum da keçəcək. Cəmiyyətdə, insanların həyat tərzində əvvəlki stabilləşmə bərpa olunacaq. Necə deyərlər, zaman öz işini görəcək. 

 

 

Bütün bunların baş verməsi üçün şəffaflığın təmin edilməsi, bürokratik əngəllərin tamamilə aradan qaldırılması ilə bağlı addımların ardıcıl xarakter almasına ehtiyac var. Bu vacib amili Azərbaycan prezidentiİlham Əliyev bütün çıxışlarında qeyd edir. Aparılan islahatlar onu deməyə əsas verir ki, bu prosesin davam etməsi üçün siyasi iradə var. Deməli, vəziyyətdən çıxmaq, həm də ölkəni keyfiyyətcə yeni bir mərhələyə çıxarmaq, inkişaf etdirmək üçün yaxşı fürsətlər yaranıb.

 

 

Gələn informasiyalar və atılan addımlar dövlətin planının indiki halda vəziyyətdən çıxmaqdan daha çox inkişafa, ölkədə liberal mühitin artırılmasına yönəldiyini deməyə əsas verir. Burada diqqət etməli əsas və müsbət məqam odur ki, Azərbaycan bütün inkişaf strategiyasını yalnız daxili resurslarına və öz gücünə əsaslanaraq qurub. Heç bir halda Ermənistan kimi ianə gözləmir, xarici borclara, yardımlara ümid bəsləmir.

 

 

Bəzi "fəlakət çağırışçıları"nın sevinci əbəsdir. Azərbaycan fəlakət astanasında deyil. Real vəziyyətin soyuq başla, qərəzsiz və təmkinli təhlili ölkədə aclıq, qıtlıq, sosial çöküş yaşanmayacağını göstərir. Əksinə, ölkə keyfiyyətcə yeni mərhələnin başlanğıcındadır.

 

Azərbaycan prezidentinin istər daxili, istərsə də xarici siyasət kursunda atdığı çevik addımlar, cəmiyyətin gözlədiyi qərarların veriləcəyini,  hər şeyin daha yaxşı olacağını söyləməyə əsas verir.

 

Prezidentin iradəsi bütün növ islahatların sürətlənəcəyini göstərir.

 

Yalnız informasiya sahəsinin mütəxəssisi olaraq, proseslərin cəmiyyətin iştirakı ilə, insanları məlumatlandıraraq aparılmasının tərəfdarıyam. Çünki müasir  cəmiyyətlər idarəçilik prosesində iştirak etmək, daim məlumatlanmaq istəyir. Prezident İlham Əliyev dəfələrlə məhz cəmiyyətin bu çağırışına cavab verib, ictimai nəzarətin vacibliyini xüsusi vurğulayıb. İctimai nəzarət, vətəndaş məsuliyyəti, prosesi qabağa aparmaq üçün ən yaxşı immunitetdir.

 

Cəmiyyət proseslər barədə mütəmadi məlumatlanmalıdır. Rəsmilər, dövlət qurumları, sahibkarlar danışmalı, informasiya resurslarında ciddi müzakirələr təşkil olunmalı, sosial şəbəkələrin monitorinqi artırılmalıdır. İnkişafın hər birimizdən, hər bir vətəndaşdan asılı olduğunu mütləq qəbul etməliyik.

 

Çünki "məndən ötdü" mərhələsi bitib!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Haram tikədən imtina edənlərin özəl mükafatı

23 İyul 2017 22:52

İsraildə ermənilər Azərbaycanı dəstəkləyən meri təhdid edir

23 İyul 2017 22:52

Allergiyanın əmələ gətirdiyi xəstəliklər hansılardır?

23 İyul 2017 22:47

Boşanmış qadın sevdiyi insanla görüşə bilərmi?

23 İyul 2017 22:42

Ağ Evdə məlumat sızması olduqda...

23 İyul 2017 22:42

Şəmkirdə 15 nəfər kababdan zəhərləndi

23 İyul 2017 22:37

Ermənistanda hərbi hissəni icazəsiz tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb

23 İyul 2017 22:37

Əmmanda İsrail səfirliyinə silahlı hücum olub, yaralananlar var

23 İyul 2017 22:37

Ən gözəl boksçu - FOTO

23 İyul 2017 22:32

Ailəli xanımın gənc sevgilisiylə yaşadığı fantaziya faciə ilə nəticələndi -

23 İyul 2017 22:30

İsrailin İordaniyadakı səfirliyinə terror hücumu olub

23 İyul 2017 22:27

İsrail səfirliyinə hücum oldu - Əmmanda

23 İyul 2017 22:24

Nikah bağlamağın qaydaları

23 İyul 2017 22:22

Bu qidalar zəhərlənməyə səbəb ola bilir

23 İyul 2017 22:17

Çində naməlum şəxs qayçı ilə 15 nəfərə xəsarət yetirib

23 İyul 2017 22:12

Böyrək xəstələrinin şikayətləri

23 İyul 2017 22:12

Öpüşü ilə qalmaqal yaratdı - FOTO

23 İyul 2017 22:05

Şəmkirdə kütləvi zəhərlənmə - 15 nəfər xəstəxanaya düşdü

23 İyul 2017 22:04

İranda qatar qəzası -

23 İyul 2017 22:03

Azərbaycanlı gənc Ermənistan səfirliyi qarşısında təkbaşına aksiya keçirdi

23 İyul 2017 21:59

Pamela Andersonun sinəsi açıldı - FOTO

23 İyul 2017 21:57

Tuba Büyüküstün həbsdən çıxan sevgilisi ilə tətildə

23 İyul 2017 21:57

Dünya müsəlmanlarının fitva məsələsində ortaq bir məxrəci var?

23 İyul 2017 21:52

“Həmişə “Milan”ın bir nömrəli fanatı olacam”

23 İyul 2017 21:47

Baş qaşınmasının səbəbləri

23 İyul 2017 21:47

İraq ordusu Mosulun cənubunda kəndi azad edib

23 İyul 2017 21:47

Namazlar iki rükət qılınmalıdır, yoxsa dörd rükət?

23 İyul 2017 21:42

Diqqət: Öpüşməyin ağır zərəri var -

23 İyul 2017 21:39

Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır - 1858 nəfər

23 İyul 2017 21:37

5 uşaq anası gecəyə yarıçılpaq qatıldı - FOTO

23 İyul 2017 21:32

Qadın özündən yaşca kiçik kişiyə ərə gedə bilərmi?

23 İyul 2017 21:22

İstirahət mərkəzində 24 yaşlı gəncin meyiti tapıldı - Nabranda

23 İyul 2017 21:19

Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək

23 İyul 2017 21:17

Baş beynin silkələnməsi

23 İyul 2017 21:17

"Administrasiya Rusiyaya qarşı sanksiyaları dəstəkləyir" -

23 İyul 2017 21:15

Gənc boksçu döyüşdən əvvəl yoxa çıxdı - Cəsədini meşədən tapdılar - FOTO

23 İyul 2017 21:13

Uşaqlarda allergiyaya səbəb olan 8 qida

23 İyul 2017 21:12

Bakı-Qazax yolunda eyni anda üç qəza baş verib, 5 nəfər yaralanıb

23 İyul 2017 21:07

Mustafanın yeni həyat yoldaşı ilə FOTOları

23 İyul 2017 21:05

44 yaşlı aktrisa: "Bədənim çox gözəldir" - FOTO

23 İyul 2017 21:05

Bitməyən tıxacların şəhəri Bakıda avtomobil sayı – ARAŞDIRMA

23 İyul 2017 21:05

Bakıda turistin 4 min dollarını aldadıb aldılar

23 İyul 2017 21:04

Dini məsələləri bilmədiyi halda fitva vermək düzdür?

23 İyul 2017 20:52

"Panatinaikos" - “Qəbələ”: Hakimlər açıqlandı

23 İyul 2017 20:48

Ölüm nədir?

23 İyul 2017 20:47

Yapon dənizində Şimali Koreyaya məxsus sualtı qayıq gözlənilmədən fəallaşıb

23 İyul 2017 20:46

Tər qoxusu gəldiyi halda namaz qılmaq olarmı?

23 İyul 2017 20:42

Mərasimə ekstravaqant geyindi - FOTO

23 İyul 2017 20:32

Şıxov çimərliyində iyrənc olay – TURİSTİ PALTARSIZ QOYDULAR

23 İyul 2017 20:29

İranda qatar relsdən çıxdı: 7 yaralı

23 İyul 2017 20:28