"Donuz qripi"indən necə qorunmaq olar? - Nazirlikdən TÖVSİYƏLƏR

"Donuz qripi"indən necə qorunmaq olar? - Nazirlikdən TÖVSİYƏLƏR
17:49 15 Yanvar 2016
40 Sosial
Ölkə mətbuatı
A- A+



 

 

Səhiyyə Nazirliyi donuz qripinə qarşı əhali arasında maarifləndirmə işini davam etdirir.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə donuz qripinə qarşı özünü qorumaq üçün əhalinin bilməsi zəruri olan tövsiyələri əks etdirən broşur hazırlanıb.

 

 

Broşurda donuz qripi ( H1N1) virusundan qorunmağın qaydaları haqqında maarifləndirici məlumatlar qeyd edilib.

 

Tövsiyələrə əsasən,  A (H1N1) tipli qripə qarşı qorunmaq üçün əhali xəstə görünən, hərarəti olan və öskürən şəxslərlə təmasda olmamalı, tez-tez əlləri sabunla yumalı, sağlam həyat tərzi keçirməli, kifayət qədər yatmalı, yaxşı qidalanmalı və fiziki aktivliyə üstünlük verməlidir.

 

Bundan başqa, əgər hansısa evdə bu virusa yoluxan xəstə varsa, xəstəni digər ailə üzvlərindən təcrid edib ən azı 1 metr məsafədə saxlamaq lazımdır. Həmçinin xəstə ilə təmasda olarkən ağız və burunu maska ilə örtmək, xəstənin istifadə etdiyi məişət əşyalarını təmiz yumaq tövsiyə edilir.

 

Xəstə ilə hər bir təmasdan sonra əlləri təmiz yumaq, xəstənin olduğu otağın havasını mütəmadi olaraq dəyişmək, otağı kifayət qədər təmiz saxlamaq mütləqdir.

 

Broşurda o da qeyd edilib ki, əgər şəxs özündə xəstəliyin əlamətlərini aşkar edibsə, hərarət, ümumi halsızlıq, öskürək və ya boğaz ağrısı hiss edirsə, mütləq evdə qalmalı, işlədiyi yerə və ya təhsil müəssisənə getməkdən, habelə kütlə ilə təmasdan çəkinməlidir. Həm də kifayət qədər istirahət etməli və çoxlu miqdarda maye qəbul etməlidir. Bundan başqa, öskürdükdə və ya asqırdıqda ağzını və burnunu birdəfəlik tənziflə örtüb, silməli və bu tənzifi zibil qutusuna atmalıdır.

 

Xəstə şəxslər insanlarla təmasa girməmək üçün ailə üzvləri və yaxınlarına mövcud hal barədə məlumat verməlidir.

 

Xəstəliyin ilk simptomları baş verdikdə isə ilk tibbi yardım olaraq sahə/ ailə həkiminə evə çağırış vermək, ağır vəziyyətdə və ya işdən kənar vaxtda təcili tibbi yardıma müraciət etmək tapşırılır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR