Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Akademik Vəli Axundovun 100 illik yubileyi keçiriləcək

Date: 15 January 2016 17:52

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur.
Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərib və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib.
Sərəncamla Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Tags:  Akademik Vəli Axundovun 100 illik yubileyi keçiriləcək

RƏYLƏR


Top news