"Rusiya iqtisadiyyatını çökürdən neft deyil"

"Rusiya iqtisadiyyatını çökürdən neft deyil"
17:52 15 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiymətinin dünya bazarlarında ucuzlaşması Rusiyanın iqtisadi problemlərinin əsas səbəbi deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı deputat İlya Ponomaryov deyib. Onun sözlərinə görə, iqtisadiyyata ən çox Moskvanın beynəlxalq aləmdən təcrid edilməsi təsir edir:
 
"Neft bizim üçün, sadəcə, valyuta və Qərblə ticarət etmək imkanıdır. Biz Qərblə ticarət etmək imkanlarını sanksiyalar və Ukrayna ilə müharibə ucbatından məhdudlaşdırırıq. Neft problemlərə səbəb olur, amma bu iqtisadi problemlər üçün əsas səbəb deyil. Rusiyalılar ölkədəki vəziyyətdən 2017-ci ildə bezəcəklər. Həmin ana qədər isə ölkədə hər hansı dəyişiklik olmayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR