Heydər Əliyev Məscidində vəhdət namazı qılındı (VİDEO)

Heydər Əliyev Məscidində vəhdət namazı qılındı (VİDEO)
17:58 15 Yanvar 2016
296 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Prezident İlham Əliyev tərəfindən elan olunan “Multikulturalizm ili” çərçivəsində bu gün Bakıda Heydər Əliyev Məscidində cümə namazı qılınıb.

Trend AzTV telekanalına istinadən məlumat verir ki, vəhdət namazı adlandırılan bu namazda məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda bir sırada namaz qılıb, dualar ediblər.

Heydər Əliyev Məscidinin rəhbəri Hacı Sabir bildirib ki, bu namaz Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunu daha da artıracaq: "Azərbaycan təcrübəsində və ümumiyyətlə, dünya təcrübəsində nümayiş etdirdik ki, vəhdət namazı ən sevimli, Allah qarşısında ən qəbula yetən namazlardan biridir. Çünki Allah Təala Qurani Kərimdə bizi bir olmağa, Allahın qüdrət ipindən yapışmağa və təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən, İslamın içərisində müxtəlif məzhəblərdə olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə, çox fərəhli bir haldır və çox böyük göstəricidir”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2481087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR