Artan qiymətlərdir, yoxsa bəzilərinin iştahası?

Artan qiymətlərdir, yoxsa bəzilərinin iştahası?
18:05 15 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Qloballaşma belədir. Dünyanın hansısa nöqtəsində nəsə baş verdisə, bu, mütləq bütün dünyaya təsir edəcək. Hansısa ölkəyə az, hansınasa çox. Amma dünyada elə bir ölkə yoxdur ki, qlobal problemlərdən özünü təcrid edə bilsin. Düzdür, Şimali Koreya örnəyi var, amma o haqda heç danışmasaq, yaxşıdır.
Azərbaycan da qlobal problemlərdən biriylə üzləşib. Əsasən neft gəlirləri hesabına formalaşan dövlət büdcəmiz böyük qlobal oyunların qurbanları sırasındadır. Şərq və Qərbdə yerləşən 2 böyük güc arasında gedən dünyanı yenidən bölüşdürmə savaşının ağrısını Azərbaycan və onun kimi ölkələr çəkir.

Son günlər neftin qiymətinin kəskin şəkildə azalması və manatın dəyər itirməsi fonunda bu problem bir qədər də aktuallaşıb. Bəzi pozucu qüvvələr hər fürsətdə olduğu kimi bu dəfə də hərəkətə keçiblər. Artıq dekabrın 21-də dolların yeni qiyməti elan edildikdən dərhal sonra bu qüvvələr sosial şəbəkələrdə "Dollar qalxdı, sən də qalx!" çağırışları etməyə, çox zaman kütlə şüuruyla hərəkət edən çoxluğu yanıltmağa çalışdı. Bu qüvvələr bir neçə il öncə hardasa keçirilmiş etiraz aksiyalarının videolarını bu günə aidmiş kimi qələmə verərək insanların ehtiraslarıyla oynamağa başladılar. Son günlər bəzi rayonlarda hətta vətəndaşları aldadaraq küçələrə çıxarmağa, dinc insanları dövlətə qarşı qoymağa da çalışdılar bu qüvvələr. Məqsəd, təbii ki, qələmə verildiyi kimi, çörəyin qiyməti deyil, ictimai narazılıq görüntüsü yaratmaq, hakimiyyəti laxlatmaq idi.

Amma bu adamlar bir şeyi unutmuşdular ki, Azərbaycan onların arzu etdiyi anarxiya dövlətlərindən biri deyil. Bu ölkədə istənilən problemin həllində son sözü Prezident İlham Əliyev deyir və hər zaman da məhz xalqın xeyrinə olanı edir. Necə ki, çörəklə bağlı məsələni dərhal həll etdi. Yəni un məhsullarının vergidən azad edilməsi, konkret qiymətlərin qoyulması artıq bulanıq suda balıq tutmaq istəyən işbazlara əl yeri qoymadı. Qiymət budur, buyurun, insanları çörəksiz qoymayın. Məsələ bir göstərişlə həll edildi. Bu isə o deməkdir ki, Azərbaycanda istənilən problemi beləcə həll edə bilərik. Yəni bunun üçün küçələrə çıxmaq, kimlərinsə istefasını tələb etməyə gərək yoxdur.
Haşiyə: Rayonlardan birindən yayımlanan "etiraz" kadrlarında diqqətimi bir məqam çəkmişdi. Əsasən qaçqınların yaşadığı yeni binaların sakinləri idi. Onlardan bəziləri evin damına çıxaraq intihar edəcəklərini deyirdi. Səbəb kimisə dövlətin onlara qayğı göstərməməsi göstərilirdi. Maraqlıdır, dövlət ev tikir, sənə hədiyyə edir, orda yaşayırsan və sonra da damına çıxıb iddia edirsən ki, həmin o dövlət sənə qayğı göstərmir?...

Bir də iddia edilir ki, Azərbaycan olanlara hazır deyilmiş. Yəni dövlət önləyici tədbirlər almayıbmış. Necə almayıbmış ki, düz bir ildir Azərbaycanın dövlət vəsaitləri hesabına əhalinin əlindəki manatın dəyərdən düşməsinin qarşısı alındı? Hələ bu gün üzən məzənnəyə keçdiyimiz halda belə dövlət valyuta bazarına müdaxilə edərək insanların manatla olan vəsaitlərini az itkiylə qoruması üçün tədbirlər görməkdədir. Yəni yenə də dövlət, yenə də Prezident bütün prosesləri nəzarətdə saxlayır, sadə vətəndaşın mənafelərini mümkün qədər qorumağa çalışır. Şəxsən Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, vətəndaşların sosial problemlərinin artmasına yol vermək olmaz. Manatın dəyərdən düşməsi fonunda bunu etmək asan deyil, amma yalnız 2 örnəklə Azərbaycan dövlətinin, əslində, dünyanın heç bir yerində rast gəlinməyən bir addım atdığını görə bilərik. Beləliklə, müqayisə üçün dünyanın bir sıra paytaxtlarında metroda gediş qiymətinə baxaq:
Bakı - 0,13$
Moskva - 0,60$
Seul - 1,14$
Sinqapur - 1,18$
Tokio - 1,76$
Paris - 1,96$
Berlin - 2,45$
Nyu York - 2,50$
Sürix - 2,75$
London - 4,80$

Burda onu qeyd edim ki, bizdən fərqli olaraq bu şəhərlərdə qiymət sabit deyil, stansiyaların sayından asılı olaraq dəyişir. Azərbaycanda isə 20 qəpik (0,13$) ödəməklə bir dəfə metroya daxil olmaq və bütün günü stansiyalar arasında gedib-gəlmək olar.
Haşiyə: Ötən ilin noyabrında Ştutqart metrosunda 6 stansiyalıq yola 3,9 avro ödəmişdim. Yaxud da daha bir il öncə Parisdən Strasburqa gedən qatara tək tərəfə 75 avro ödəməli olmuşdum. Müqayisə üçün qeyd edək ki, dünyanın heç bir normal ölkəsində bizdəki kimi sözün yaxşı mənasında "anormal" qiymətlər yoxdur.

İndi də gələk çörək məsələsinə. Gündəlik tələbat ərzağıdır. Üstəlik, Azərbaycan insanı da ən çox çörək yeyənlərdən sayılır. Yəni bizim süfrəmizdə çörək hər zaman başda olub, çox yeyilib və yəqin ki, bu vərdişimiz hər zaman davam edəcək. Müqayisə üçün qiymətlərə nəzər salaq:
Azərbaycan - 0,25$
Belarus - 0,46$
Səudiyyə Ərəbistanı - 0,64$
Xorvatiya - 0,80$
İrlandiya - 0,95$
İndoneziya - 1,11$
Portuqaliya - 1,17$
Fransa - 1,28$
Avstraliya - 1,53$
İsveçrə - 2,50$
İtaliya - 2,50$
Norveç - 3,09$

Kimlərsə iddia edə bilər ki, bu ölkələrdə əmək haqqı yüksəkdir, ona görə bu qiymətlər qorxulu deyil. Doğrudur, yüksəkdir. Amma qiymətlər qorxuludur, yəni 26 sentin dərdini çəkməklə 3 dolların dərdini çəkməyin fərqli bir şey olduğu zatən insanın gözünə dürtülür.
Əslində Azərbaycanda son bir ildə nə baş verir? Qiymətlər bir çox gündəlik tələbat malları üçün kəskin şəkildə aşağı düşüb! Bəli, bunun fərqinə varmaq istəməyənlər var, amma gerçəklik başqa şeydir. İndi ki, bəzi şəxslər dollardan ötrü intihar yolu tutublar, izah edirik.
Ötən ilin fevralınadək, yəni 1$=0,78AZN olanda Azərbaycanda 92 oktanlı benzin 70 qəpiyə idi. Yəni 0,90$! Çörək isə 0,40AZN. Bu isə 0,51$ deməkdi! Metroda, avtobusda gedişsə 20 qəpik olmaqla 0,25$ idi.

İndiki qiymətlərsə necədir? Manatla yerində qalır. Yəni heç bir qiymət artımı yoxdur. Amma dolların bütün dünyada dəyər qazanması fonunda bunu qiymət azalması da hesab etmək olar. Rəsmi kursa uyğun olaraq hazırda bizdə 92 oktan benzinin qiyməti 0,44$, çörək 0,25$, nəqliyyat xərci isə 0,13$ edir. Dəyərini itirmiş manatla bu qiymətlər qalmağa davam edirsə, deməli, yenə də uduşlu çıxan vətəndaş olur. Bu isə o deməkdir ki, ölkə Prezidenti, bəzilərinin iddia etdiyi kimi, iqtisadi inkişafdan, Azərbaycanın bir sosial rifah dövləti olmasından danışarkən faktlara söykənir. Deyilən hər sözün arxasında şəxsən Prezident İlham Əliyevin iradəsi var və bu iradə heç bir təsadüfi məmura, işbaza imkan verməyəcək ki, ölkədə müvəqqəti sıxıntılardan istifadə edərək ictimai rəyi yanlış yola sürükləsin. Təbii ki, vətəndaş olaraq bizim də vəzifəmiz məhz bu iradənin arxasında dayanmaqdır.
P.S. Hər fürsətdə ölkəni qarışdırmağa çalışan bəzi anarxiya aşiqləri bu dəfə də istədiklərinə nail ola bilməyəcəklər. Özləri də bilirlər ki, artan, qiymətlərin valyuta dəyəri deyil, onların öz iştahasıdır.Alınan deyil, cənablar, boşuna xalqın uşaqlarını qaza gətirməyin.

Azər Həsrət,

azer@azerhasret.com

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ərdoğan Hindistanda necə qarşılandı? - FOTO

01 May 2017 08:43

ABŞ-da qasırğa və daşqın qurbanlarının sayı 13 nəfərə çatıb

01 May 2017 08:42

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşub, ölənlər var

01 May 2017 08:37

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

01 May 2017 08:36

Merkel Ərəbistan qanunlarına meydan oxudu - FOTO

01 May 2017 08:33

Çikaqoda Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb - FOTO

01 May 2017 08:32

Yusif Şahed iki naziri istefaya göndərib

01 May 2017 08:27

Yaponiyanın Hokkaydo adasında 6 bala yaxın zəlzələ olub

01 May 2017 08:27

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 08:17

Gəncədə yanğın olub

01 May 2017 08:12

Köpək balığı qadına hücum edib

01 May 2017 08:05

Hollivudun “sirli mələyi” - FOTOLAR

01 May 2017 08:03

Ağ cins şalvarı belə köynəklə geyinin - FOTO

01 May 2017 07:52

Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

01 May 2017 07:50

Fotolarda gözəl görünmək istəyirsinizsə... - ÜSULLARI

01 May 2017 07:42

Göyün 7-ci qatında buludlar körpüsü - İNANILMAZ FOTOLAR

01 May 2017 07:37

Saçlarınızı belə rəngə boyayarsınız? - FOTO

01 May 2017 07:32

Ucarda yanğınla nəticələnən qəza baş verib

01 May 2017 07:29

Xanımlar bu ayaqqabılara heyran qalacaq - FOTO

01 May 2017 07:22

Avropa ilə münasibətlər gərginləşəcək, Amerika isə...

01 May 2017 07:17

Sağlam qidalanmadığınızı bəlli edən əlamətlər

01 May 2017 07:13

Gələcəyin ölkəsi: 7 əsas FAKT - FOTO

01 May 2017 07:12

Göbəyi havaya vermək, Nadirin Zaura 1700 "atmağı", Elzanın boğazından öpdüyü oğlan, Cenniferin yatağı - HƏFTƏBECƏR

01 May 2017 07:05

Ucarda yol qəzası yanğınla nəticələndi

01 May 2017 07:04

Azərbaycan şahmatçıları dünya çempionatında 4 medal qazanıb

01 May 2017 07:02

"Futbolçular heç ayaqyoluna da gedə bilmir"

01 May 2017 06:37

Çikaqoda Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb (FOTO)

01 May 2017 06:36

Viktoriya Bekhemin yeni FOTOları

01 May 2017 06:32

Tramp baş nazirləri Ağ Evə dəvət etdi

01 May 2017 06:23

Qlamur Nina - FOTO

01 May 2017 05:32

Köpək balığı qadına hücum etdi

01 May 2017 05:23

20-dən çox silahlı məhv edilib

01 May 2017 05:22

İki nazir istefaya göndərilib

01 May 2017 05:08

Kara yeni çanta reklamında - FOTO

01 May 2017 04:32

ABŞ-da güclü qasırğa: 7 ölü

01 May 2017 04:28

Bərdədə ev yandı

01 May 2017 03:54

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşdu - 2 ölü, 17 yaralı

01 May 2017 03:49

Məşhurlar neçə yaşında ana olub?

01 May 2017 03:49

Məşhur aktyor jurnal səhifələrində - FOTO

01 May 2017 03:32

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 03:29

Aralıq dənizində 5 miqrantın meyiti tapıldı

01 May 2017 02:33

Qardaşını itirmiş adam üçün təskinlik - FOTO

01 May 2017 02:32

Gəncədə yanğın olub

01 May 2017 02:22

Əfqanıstanda 40-dan çox silahlı zərərsizləşdirilib

01 May 2017 02:17

Milyon insandan biri bu özəlliklə doğulur

01 May 2017 02:17

İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi

01 May 2017 02:09

Roma papası: "ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək"

01 May 2017 02:02

ABŞ-da güclü qasırğa - 7 ölü

01 May 2017 01:54

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vuruldu

01 May 2017 01:48

Vladimir Putin Soçidə xokkey məşqi edib

01 May 2017 01:32