İki avtomobil toqquşdu, sürücü və sərnişin yaralandı

İki avtomobil toqquşdu, sürücü və sərnişin yaralandı
18:11 15 Yanvar 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Samuxda yol qəzası baş verib. Nəticədə iki nəfər ağır bədən xəsarətləri alıb.

Samux Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb. Samux rayon Çobanabdallı kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Saday oğlu Məmmədov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşını yolun kənarında dayanan "Mercedes" markalı avtomobilə çırpıb.

Qəza nəticəsində "VAZ 2106" markalı avtomobilin sürücüsü Ramin Məmmədov və avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Zəfər Çapay oğlu Məmmədov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan hər iki yaralıya tibbi yardım göstərildiyini, lakin sürücünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirildiyini bildirdilər. Sərnişin Zəfər Məmmədovun vəziyyəti isə orta ağır olaraq qalır.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dünən də paytaxtın Nərimanov rayonu ərazisində avtomobil qəzası qeydə alınıb. Hadisə Ziya Bünyadov prospektində baş verib. 21 yaşlı Niyaz Bədiyev idarə etdiyi "VAZ 2107" markalı avtomobili ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan Əsgər Əsgərova məxsus “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. "Jiquli"nin zərbəsinə tuş gələn “Mercedes” isə yol ötürücüsünün məhəccərinə çırpılıb.

Hadisə vaxtı "VAZ 2107"də olan sərnişinlər 22 yaşlı Elman Hüseynov və Nicat Abbaslı xəsarət alıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR