Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Donuz qripi" ilə əlaqədar iki xəstəxanada əlavə palatalar yaradıldı

"Donuz qripi" ilə əlaqədar iki xəstəxanada əlavə palatalar yaradıldı

Yaponiyada "quş qripi" ilə əlaqədar 300 minə yaxın toyuq öldürüləcək (24 Mart 2017 08:27)
Rusiyada “quş qripi” təhlükəsi - 11 min... (05 Mart 2017 01:13)
Rusiyada “quş qripi”ndən 11 mindən çox toyuq tələf olub (05 Mart 2017 00:05)

Tarix: 15 Yanvar 2016 18:17

Azərbaycanda "donuz qripi" ilə əlaqədar olaraq daha iki xəstəxanada əlavə palatalar yaradılıb.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında deyib ki, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında da əlavə palatalar hazır vəziyyətə gətirib.
 
Onun sözlərinə görə, Azərbaycanda "donuz qripi" qeydə alınmayıb.
 
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 boks tipli palata ayrılıb.
 
Onu da qeyd edək ki, "donuz qripi"nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən 8 dekabr 2015-ci il tarixdə əmr imzalanıb. Eyni zamanda, "donuz qripi" ilə bağlı epidemioloji nəzarət gücləndirilib.

Milli.Az


Teqlər:  Donuz qripi əlaqədar iki xəstəxanada əlavə palatalar yaradıldı



RƏYLƏR


Top xəbərlər