Akademik Vəli Axundovun 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Akademik Vəli Axundovun 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
18:19 15 Yanvar 2016
12 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illik yubileyi münasibəti ilə sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik Vəli Axundovun 100 illik yubileyinin dövlət səviyyəsində keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR