Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Fanat.az xəbər verir ki, səhhətində problem yarandığı üçün Xətai Bağırov hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzinə Namiq Məmmədkərimov və Rəcəb Fərəczadə toplanışa dəvət edilib.
Fanat.az