Rəcəb Tayyib Ərdoğan​: "İŞİD indiyədək Türkiyədə 10 dəfə terror aktı törədib"

Rəcəb Tayyib Ərdoğan​: "İŞİD indiyədək Türkiyədə 10 dəfə terror aktı törədib"
18:27 15 Yanvar 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı.15 yanvar. REPORT.AZ/ "Terrorçu İŞİD qruplaşması indiyədək Türkiyədə 10 dəfə terror aktı törədib".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanəhməd məscidindəki cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
Türkiyə prezidenti namazdan sonra  yanvarın 12-də Sultanəhməd meyanında teror aktı törədilən yeri ziyarət edib.
R.T.Ərdoğan ölkədə həyata keçirilən anti-terror əməliyyatlarına da toxunub: "Sərhədyanı bölgələrimizdə hadisələrin inkişafına qətiyyən icazə verməyəcəyimizi söyləmişik. Türkiyə terrora əsla imkan verməyəcək. Ölkəmizin cənub-şərqində həyata keçirdiyimiz antiterror əməliyyatları adi əməliyyat deyil. Bunula yanaşı qonşu ölkələrdən gələn təhdidlərə qarşı da əməliyyatlarımız davam edir. Əlbəttə, İŞİD bunu hələ qəbul etmək istəmir. Bu, (yanvarın 12-də İstanbulda törədilən terroru nəzərdə tutur- "Report") qruplaşmanın Türkiyədə törətdiyi ilk teror deyil. İndiyədək İŞİD Türkiyədə 10 dəfə teror aktı törədib".
Türkiyə prezidenti terorçu PKK-nı dəstəkləyənlərə və onların himayədarlarına işarə edərək deyib: "İstər siyasətlə məşğul olsunlar, istər xəndək qazsınlar, istərsə dağa çıxsınlar, millətimizin atılması lazım olan addımlarla bağlı qərar verəcəyini bilirəm".

Xəbərin orijinal ünvanı: http://report.az/region/receb-tayyib-erdogan-i-si-d-indiyedek-turkiyede-10-defe-terror-akti-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR