Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcülərdən Azərbaycan lehinə kütləvi aksiya

Gürcülərdən Azərbaycan lehinə kütləvi aksiya

Date: 15 January 2016 18:31

Bu gün Gürcüstanda "Qazprom" əleyhinə etiraz aksiyaları başlayıb. Ölkənin keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası piket keçirərək Gürcüstan hökumətinin Qazprom""la əməkdaşlığına etiraz ediblər.

ANS PRESS-in məlumatına görə, partiya üzvləri Energetika Nazirliyinin qarşısına toplanıblar. Aksiya zamanı nazirlik binasının yaxınlığındakı körpüyə “Qazprom” əleyhinə plakatlar asmaq istəyən piket iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. 0nlar “Qazproma” yox!” şüarları səsləndiriblər.



Aksiyada ölkənin tanınmış şəxsləri ,o cümlədən siaysətçilər də iştirak ediblər. Ölkənin energetika naziri Kaxa Kaladze Gürcüstanın "Qazprom" qaz təchizatından asılı olmadığını bildirib. Onun fikrincə Rusiyadan qaz təchizatı Moskvadan siyasi asılılıq deməkdir. Ona görə də qaz təchizatı şaxələnməlidir. Hələ ki, Gürcüstan qazı Azərbaycandan alır, lakin gələcəkdə İran və Türkmənistandan da qaz almaq mümkün olacaq.


Kaxa Kaladze - Gürcüstanın energetika naziri

Aksiyada qaldırılan digər bir məsələ isə "Qazprom" tərəfindən Gürcüstana nəql olunan qazın həcminin artırılmasıdır. Gürcüstan müxalifəti iddia edir ki, danışıqlar ölkənin enerji sisteminin müstəqilliyinə təhlükə yaradır. Hökumət rəsmiləri isə bildirir ki, SOCAR Gürcüstanın qaza olan tələbatını ödəmək iqtidarında deyil.

Tags:  Gürcülərdən Azərbaycan lehinə kütləvi aksiya


RƏYLƏR


Top news