Həftəsonu üçün film siyahısı - sizi darıxmağa qoymayacıyıq! - FOTO

Həftəsonu üçün film siyahısı - sizi darıxmağa qoymayacıyıq! - FOTO
18:32 15 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Yeni hisslərə dalmaq və özünə qapanmaq anı gələndə - kino sizin köməyinizə çatar. Bunu nəzərə alaraq, sizə yenicə Park Cinema-da çıxmış filmlərin siyahısını hazırladıq. Kino aləminə baş vurub, axırıncı premyeraları izləyin!

Sağ qalmış

Amerikanın Vəhşi qərbinin öyrənilməmiş fəzalarında ovçu Hyu Qlass ağır yaralanır. Hyunun yeni torpaqlar tədqiqatçıları bölümündən olan dostu Con Fisjerald onu satqıncasına təklikdə ölməyə qoyur. İndi Qlassın yeganə silahı onun iradəsidir. Sağ qalıb və Fisjeralddan qisas almaq üçün o, vəhşi təbiətə, sərt qışa və düşmən hindli qəbiləsinə güc gəlməlidir.

Dalğanın üstündə

Gənc FTB agenti, bir sıra misli görünməmiş və mürəkkəb, korporativ oğurluqlarında şübhələnən, ekstremal idman növləri idmançıları komandasına, daxil olur.

Delibal

Memarlıq oxuyan, hobbisi də musiqi olan Barış, fikri yalnız universiteti dərəcə ilə bitirib xaricdə təhsilinə davam etmək istəyən Füsuna aşiq olur. Barış çox çətinliklə Füsunu sevgisinə inandırır və evlənirlər, lakin nağıllara bənzər bu sevgi pozulur...

Krampus

Pis Milad bayramını keçirən oğlan təsadüfən ailə evinə Milad iblisini çağırır

Xoxan

Azərbaycan müasir kino tarixinin ən çox izləyici sayına malik Xoxan bədii filmi sizin istəyinizlə yenidən kinoteatrlara qayıdır. Əgər siz hələ də Rəftar və Qəhrəmanın başına gələn hadisələrdən bixəbərsinizsə, o zaman 31 dekabrdan kinoteatrlara tələsin. Xoxan bu dəfə sizlər üçün 2 dildə təqdim olunacaq. Orjinal Azərbaycan və yeni Rus dilli versiyada.  

Düğün Dernek 2: Sünnet (Türkcə)

İlk filmdə oğlunu evləndirən İsmayıl, ikinci hissədə nəvəsini sünnət etdirmək təlaşına girir. Köhnə komanda bir araya gəlir, başlarına min-bir hadisə gəlir və sünnət toyu şəhər çapında bir hadisəyə çevrilir...

Balaca şahzadə

Balaca qız anası ilə böyük dünyada yaşayır, hansı ki qızın həyata hazır olduğunu əmin olmaq istəyir. Onun qonşusu Aviator, Balaca şahzadənin - hər şey mümkün olan dünyası ilə tanış edir.

Elvin və burunduklar 4

Bir sıra anlaşılmazlıq nəticəsində Elvin, Saymon və Teodor belə nəticəyə gəlirlər ki, Deyv Nyu-Yorkda yeni rəfiqəsinə evlilik təklifi edib onları atacaq. Deyvə çatıb onu dayandırmağa  və bununla özlərini Deyvi itirməkdən və güman ki, yeni ögey qardaş qazanmaqdan xilas etmək üçün onların yalnız üç günü var. 

Krid: Rokkinin Mirası

Keçmiş ağır çəkidə dünya çempionu Rokki Balboa köhnə dostu və ilk ciddi rəqibi Apollo Kridin oğlu Adonis Consonun məşqçi və mentoru kimi rinqə qayıdır.

Bacılar

İki baci valideynləri evlərini satmamış axırıncı parti təşkil etmək qərarına gəlirlər.

Ali Baba ve 7 Cuceler (Türkcə)

Ali baba və 7 cırtdan haqqında maraqlı hekayə.

Oğlan evi

Təsəvvür edin, min əziyyətlə aldığınız evi sizdən başqa da kiməsə satıblar. "Sovetski"də evi sökülmüş Alik və evlənməyə hazırlaşan Raminin başına məhz bu hadisə gəlib. Onları amansızcasına aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır. Qəhramanlar bunu öyrənəndən sonra pullarını qaytarmağın ən qeyri-adi yolunu seçirlər.

Uzaklarda Arama (Turk dilinde)

Şəhərdən qəsəbəyə qovulan və pavilyonda işləməyə məcbur olan 8 cavan qadın, məhəbbət, dramatik və komik macəraları haqqında əhvalat.

Aşağıda göstərilən filmlərin əvvəlcədən satışı artıq başlayıb.

Kunq-fu Panda 3 IMAX - 21 yanvardan

Uzun müddətdir itmiş atası ilə qovuşan Po pandalar üçün gizli cənnətə yollanır. Orada onu şən soydaşları ilə görüş gözləyir. Lakin tezliklə cani Kay Çində bütün kunq-fu ustalarını məhv etməyə başlayır. Po qeyri-mümkün iş görməlidir - şən, yöndəmsiz soydaşlarına döyüş sənətini öyrətməli və onlardan Kunq-fu dəstəsi yaratmalıdır.

Və tufan qopdu IMAX - 28 yanvardan

Filmin süjeti 1952-ci ildə baş vermiş  hadisələrə əsaslanır. Sahil Təhlükəsizlik Xidməti Keyp Kod sahilində çovğun nəticəsində məhv olan bir cüt neft tankerinin ekipajının xilasetməsi üçün cəsarətli bir cəhd edir.

Dedpul IMAX - 11 fevraldan

Keçmiş Çevik Ordu operativi killerə dönür və "X Silahı" eksperimentində iştirak edir. Və bu ona güc və özünü sağaltma bacarığı verir. Lakin nəyin bahasına?..

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/398278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR