Xalq öz Prezidentinə, cənab Prezident isə öz xalqına arxalanır

Xalq öz Prezidentinə, cənab Prezident isə öz xalqına arxalanır
18:37 15 Yanvar 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

İlham Əliyev Polşa prezidentinə məktub göndərdi (02 May 2017 18:33)
İlham Əliyev İsrail prezidentinə məktub ünvanladı (01 May 2017 18:13)
Prezident İlham Əliyev İsrail Prezidentinə təbrik ünvanlayıb (01 May 2017 18:12)

Hazırda ölkədə neftin ucuzlaşması, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar dövlət başçısının rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülür, mühüm islahatlar həyata keçirilir.

Bu gün dünyada cərəyan edən siyasi proseslər, baş verən qarşıdurmalar, mövcud münaqişə ocaqları, eləcə də böyük dövlətlərin maraqlarının toqquşması iqtisadiyyata da öz mənfi təsirini göstərir. Sözsüz ki, bu kimi hallar beynəlxalq birliyin fəal üzvü olan Azərbaycana da təsirsiz ötüşmür. Xüsusilə neftin qiymətinin aşağı düşməsi bir çox ölkələrin iqtisadi inkişafına əngəl yaradır. Ancaq hazırda ölkəmizdə bununla bağlı qabaqlayıcı tədbirlər görülür. Bunun nəticəsidir ki, dünya dövlətləri bu böhrandan əziyyət çəkdiyi bir vaxtda, ötən il Azərbaycanda iqtisadi artım müşahidə edilib. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev qeyd edib ki, ölkəmiz 2015-ci ildə uğurla inkişaf edib. Qarşıda duran bütün vəzifələr icra edilib. Bununla yanaşı, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb.

Dövlətimizin başçısı iclasda neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, manatın məzənnəsinin dəyişməsi ilə bağlı bir sıra vacib məqamlara toxunub və bunun qaçılmaz olduğunu bildirib. Təbii ki, neftin qiymətinin aşağı düşməsi nə iqtisadi amillərlə bağlıdır, nə də Azərbaycanın, eləcə də neft-qaz hasil edən digər ölkələrin iradəsindən asılıdır. Nəzərə almaq lazımdır ki, neftin ucuzlaşması bəzi qonşu dövlətlərin milli valyutalarının 100 faiz, hətta daha çox dərəcədə devalvasiyaya uğramasına gətirib çıxarıb. Ona görə, hazırda ölkə rəhbərliyi çalışır ki, xalqımız, vətəndaşlarımız bu iqtisadi çətinlikdən daha az zərərlə çıxsın.

Hazırda ölkədə neftin ucuzlaşması, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar dövlət başçısının rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülür, mühüm islahatlar həyata keçirilir. Müşavirədə möhtərəm Prezidentimiz İlham Əliyev bildirib ki, gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalı, inhisarçılığa qarşı daha da ciddi mübarizə həyata keçirilməlidir. Bu gün Azərbaycan vətəndaşı qeyd etdiyimiz məsələləri sözdə yox, əməli işdə görür, öz həyatında hiss edir. Bu günlərdə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar Azərbaycan Prezidentinin tapşırığına əsasən əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad edildi. Bununla da bu sahədə baş verə biləcək qiymət artımının qarşısı alındı, 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata endi.

Azərbaycanda yerli istehsal mövcud olsa da, sözsüz ki, bəzi məqamlarda idxaldan asılılığımız davam edir. Ona görə də bəzi hallarda qiymət artımı qaçılmaz olur. Ancaq manatın məzənnəsinin dəyişməsini özünə fürsət bilib, süni qiymət artımına əl atanlar da az deyil. Cənab Prezidentimiz Nazirlər Kabinetinin iclasında bu məqama xüsusi olaraq diqqət yönəldib, istehlak qiymətlərinə çox ciddi nəzarət edilməli olduğunu bildirib: "Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər... O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır... Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir."

Cənab Prezidentin səsləndirdiyi bu fikirlər şəxsi mənafeyini milli maraqlardan üstün tutan bəzi "iş adamları" üçün çox ciddi mesajdır. Artıq buna əməl etməyənlərin cəzalandırılmasına başlanılıb. Belə ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə un, çörək, yumurta və digər istehlak məhsullarının, həmçinin dərman vasitələrinin qiymətlərinin süni şəkildə artırılması, qıtlığın yaradılaması kimi sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə gördüyü tədbirlər nəticəsində 6 cinayət işi açılıb, 7 vəzifəli şəxs barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Süni qiymət artımına cəhd etmək, xalqın cibinə girmək olmaz. Hesab edirəm ki, bəzi işbazlar bundan dərs götürməlidirlər.

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. İnsanlar üçün yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi konstitusion normadır. Təsadüfi deyil ki, ötən il dünya üçün çətin bir dövr olmasına baxmayaraq, Azərbaycanda bütün sosial proqramlar icra edilib. Ölkəmizdə insanlara böyük məbləğdə ünvanlı dövlət sosial yardımları verilib. Ölkə başçısı iclasda xüsusi olaraq vurğulayıb ki, biz çox güclü sosial siyasət aparırıq: "Biz bu il bütün sosial proqramları tam icra edəcəyik... Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır."

Bütün bunlar bir daha onu göstərir ki, möhtərəm Prezidentimiz İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Azərbaycan xalqı öz Prezidentinə, cənab Prezident isə öz xalqına arxalanır. Bu birlik sarsılmazdır, bölünməzdir. Ölkəmizin başçısı atdığı hər bir addımında vətəndaşın yanında olduğunu, onun sevincinə şərik olub, kədərini bölüşdüyünü nümayiş etdirir. Bəzən cənab Prezident ən yüksək səviyyəli məmurları belə xalqla təmasda daha diqqətli olmağa çağırır, onlara xalqın, dövlərin qulluqçuları olduğunu xatırladır. Təbii ki, bu normalar gözlənilməyəndə möhtərəm Prezidentimiz onları sərt şəkildə cəzalandırır. Hər birimiz dəfələrlə bu kimi halların şahidi olmuşuq. Məntiqli insan da bunu görür və dərk edir, bir daha dövlətin gələcəyinin etibarlı əllərdə olduğuna əmin olur.

Qeyd etdiyimiz kimi, hazırda bir çox ölkələrdə iqtisadi və siyasi böhran yaşanır. Dünyada neftin qiymətinin aşağı düşməsi, bir çox dövlətlərin milli valyutaları ilə yanaşı, manatın da məzənnəsinin dəyişməsi müəyyən iqtisadi çətinliklərlə müşayiət olunur. Hər zaman qərəzli, anti-milli fikirləri ilə xalqı çaşdırmağa çalışan, cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edən, xarici xidmət orqanlarının "sifarişlərini" yerinə yetirən bəzi dağıdıcı ünsürlər yenə də fəallaşıblar. Bu əməllərin sahibləri antiazərbaycan, erməni və ermənipərəst qüvvələrin əlində alətə çevriliblər. Həyatda özünü təsdiq edə bilməyən, nəinki Vətənə, xalqa, heç özünə belə xeyri olmayan belə insanlar kompyuter arxasına keçərək virtual aləmin sanki "şirlərinə" dönürlər. Daha çox sosial şəbəkələrdə, bəzi saytlarda virus kimi yayılan bü cür "feysbuk qəhrəmanları" insanların beynini zəhərləməyə, onlarda dövlətə qarşı mənfi fikir formalaşdırmağa cəhd edirlər. Yalan məlumat yaymaq, xəstə təxəyyülün məhsulunu insanlara fakt kimi sırımaq cəhdləri belələrinin həyat tərzinə çevrilib. Ancaq onlar anlamırlar ki, xalqımız dövlətə və onun rəhbərinə inanır, cənab Prezidentimizin həyata keçirdiyi siyasi kursu dəstəkləyir. Bu inam, etibar illərin sınağından çıxıb, təsdiqlənib, zaman keçdikcə daha da möhkəmlənib. Heç kim Xalq-Prezident birliyini sarsıtmaq iqtidarında deyil. Heç şübhəsiz ki, müstəqil Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu sınaqdan da üzüağ çıxacaq, dövlətimizin iqtisadi inkişafı bundan sonra da yüksək səviyyədə davam etdiriləcək.

Vüqar RəhimzadəYAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

QMİ sədri: Bu məsələlərdə diqqətli olun

24 May 2017 12:29

AMEA-dan İRAD: Azərbaycanda televiziya və xəbər saytlarının dili yaxsı vəziyyətdə deyil

24 May 2017 12:29

"İftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq” - QMİ sədri

24 May 2017 12:29

Türkiyəyə qadın aparan insan alverçisinin məhkəməsi başlayıb

24 May 2017 12:29

Cəbhədə növbəti yoxlama olacaq

24 May 2017 12:27

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

24 May 2017 12:27

Fəxrəddin Manafov xanımı ilə - FOTOLAR

24 May 2017 12:24

"Heç vaxt evdar xanım olmamışam"

24 May 2017 12:24

Bizi Ermənistana UDUZDURAN SƏBƏB - VİDEO

24 May 2017 12:23

Gənc aktrisalar Bakıda podiuma çıxdı - FOTO

24 May 2017 12:22

Sabah paytaxtda küləkli, bölgələrdə yağmurlu hava olacaq

24 May 2017 12:22

İrina Şeykin dönüşü möhtəşəm oldu - FOTO

24 May 2017 12:22

Şizofreniyadan qurtulmaq üçün qəribə yol...

24 May 2017 12:20

Dövlət qulluğuna qəbul imtahanları da pullu olacaq - CƏDVƏL

24 May 2017 12:18

Yağış yaşacaq, şimşək çaxacaq

24 May 2017 12:18

İki canlı əfsanə qırmızı xalıda - FOTO

24 May 2017 12:17

Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək

24 May 2017 12:17

Allahşükür Paşazadə dindarlara xəbərdarlıq edib

24 May 2017 12:17

QMİ sədri: “Heç bir din xadimi Ramazan ayı boyunca iftardan əvvəl məclislərə getməməlidir”

24 May 2017 12:17

Ermənistandakı "Azərbaycan almaları" Polşanın imiş...

24 May 2017 12:17

İsrail səfiri Naxçıvanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

24 May 2017 12:17

Allahşükür Paşazadədən axund və imamlara xəbərdarlıq

24 May 2017 12:15

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

24 May 2017 12:15

Yağış, külək - SABAH

24 May 2017 12:14

Ermənistanı qarışdıran Quba alması ilə bağlı YENİ İDDİA: İrəvanın HİYLƏSİ

24 May 2017 12:13

AMEA prezidenti: "İnstitut direktorlarından qrant məsələsinə ciddi diqqət yetirmələrini tələb edirəm"

24 May 2017 12:12

21 il ev dustağı olan azərbaycanlı əfsanəvi müğənni - VİDEO - FOTO

24 May 2017 12:12

İcra başçısı baş memarı işdən çıxartdı

24 May 2017 12:12

Sabaha olan hava proqnozu açıqlanıb

24 May 2017 12:12

Ərdoğanın qatılacağı mərasim bombalanmalı idi: Beştəpə necə xəbər tutdu? - ŞOK DETALLAR

24 May 2017 12:08

22 yaşlı hakim özündən söz etdirdi - FOTOLAR

24 May 2017 12:07

Qarabağlı Əmrah Çəlikəl - 41 yaş

24 May 2017 12:07

Yük avtomobili ilə bank maşını toqquşdu - VİDEO - FOTO

24 May 2017 12:06

Bakıda yaralı vəziyyətdə xəstəxanaya gətirilən kişi öldü

24 May 2017 12:06

Mançesteri qana bulayan 22 yaşlı terrorçunun ilk FOTOsu

24 May 2017 12:05

Heyvanların üzlərində kədər, ümidsizlik görmüşdünüz? - FOTO

24 May 2017 12:05

Bakıda bankın qarşısında DƏHŞƏT: ÖZÜNÜ YANDIRDI

24 May 2017 12:04

Ramazan təqvimi

24 May 2017 12:03

Azərbaycanın voleybol yığması dünya çempionatının seçmə mərhələsində ilk görüşünü keçirəcək

24 May 2017 12:02

Britaniyanın Azərbaycandakı səfiri: “Dəhşətli hücuma baxmayaraq başımızı uca tuturuq”

24 May 2017 12:02

Nazir: "İran, Rusiya, Qazaxıstan və s. ölkə vətəndaşları növbəti festivalda Azərbaycana səfər etməyi planlaşdırır"

24 May 2017 12:02

İnsan alverində təqsirləndirilən qadının məhkəməsi başlayıb

24 May 2017 12:02

Din xadimlərinə mükafat və medallar təqdim edilib

24 May 2017 12:01

Azərbaycanlı qadınları Türkiyədə satan MƏHKƏMƏ QARŞISINDA

24 May 2017 11:59

Qaçırılan qızı toya zorla gətirdilər

24 May 2017 11:59

Rusiyanın daha bir aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

24 May 2017 11:57

Azərbaycan Türkiyə ilə üz-üzə

24 May 2017 11:57

Londonda BP-nin baş ofisində İngiltərə-Azərbaycan Cəmiyyəti ilə birgə BP şirkətinin Azərbaycanda fəaliyyətinin 25 illik yubileyi qeyd edilib (FOTO)

24 May 2017 11:55

"Trabzonspor" "Qəbələ"yə futbolçu verir - İcarə haqqı almadan

24 May 2017 11:55

Pencəyin yaxasına taxılan sirli nişanlar: MƏNALARI VƏ TARİXİ - FOTOLAR

24 May 2017 11:53