"İnter" yeni transfer edəcək? - AÇIQLAMA

"İnter" yeni transfer edəcək? -   AÇIQLAMA
18:42 15 Yanvar 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

"Bu, bizim Antalyada ikinci yoxlama oyunumuz idi. Əlbəttə, uşaqlarda yorğunluq var idi. Amma normal oynadığımızı düşünürəm. Çalışmalarımız davam edir". Fanat.az xəbər verir ki, bu sözləri Almaniyanın "Verder" klubuna uduzan (0:1) "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.


Gürcü mütəxəssis komandanın yeni transferlərindən danışıb: "Kamran Ağayevlə Vüqar Nadirov normal təsir bağışlayır. Qara Qarayev gənc olsa da, onun da yaxşı perspektivi var. Ardıcıl ikinci oyundu onu meydana buraxıram və hələ ki, razıyam. Yeni transferlərimizin olub-olmayacağını bilmirəm. Sadəcə, onu bilirəm ki, klubda bu yöndə işlər davam etdirilir. Toplanışımız normal keçir. Təəssüf ki, zədəsiz ötüşə bilmirik. Mirhüseyn Seyidovla Mirsahib Abbasov zədəlidi. Rauf Əliyevin də müalicəsi davam edir".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquot-yeni-transfer-edck-t46826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR