Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Pan Gi Mun 2016-cı il üçün BMT-nin prioritetlərini şərh edib

Pan Gi Mun 2016-cı il üçün BMT-nin prioritetlərini şərh edib

Date: 15 January 2016 18:43


Bakı, 15 yanvar, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun 2016-cı il üçün BMT-nin prioritetlərini şərh edib. BMT-nin rəhbəri qismində onun üçün sonuncu olan cari ilin dinamik və məhsuldar olacağını vəd edən Pan Gi Mun əsas vəzifələr sırasında Davamlı inkişaf sahəsində Gündəliyin reallığa çevrilməsi, münaqişələrə, ilk növbədə Suriya münaqişəsinə son qoyulması, humanitar fəaliyyətin gücləndirilməsi, qaçqınlara yardım göstərilməsi, terrorizmə və ekstremizmə qarşı mübarizə məsələlərini göstərib.
AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, Pan Gi Mun BMT-nin Baş Məclisindəki çıxışında deyib: “2016-cı il ilk növbədə, davamlı inkişaf üzrə bu zalda qəbul edilmiş mühüm qərarların yerlərdə həyata keçirilməyə başlayacağı il olacaq. 2015-ci il qlobal davamlı inkişaf ili idi, 2016-cı il isə milli davamlı inkişaf ili olmalıdır”.
Pan Gi Mun daha sonra deyib: “Davamlı inkişaf üçün sülhün bərqərar olması zəruridir. 2016-cı ildə biz qlobal qarşıdurmaya aparan münaqişələrə son qoymalı, əhalinin aztəminatlı kateqoriyalarının müdafiəsi üçün daha çox səy göstərməli və nümayiş etdirməliyik ki, biz həqiqətən gələcəkdə yeni münaqişələrə və sarsıntılara yol verməmək əzmindəyik”.

Tags:  Pan Gi Mun 2016-cı il BMT-nin prioritetlərini şərh edib


RƏYLƏR


Top news