Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Çətinlik hiss etdik" - "Kəpəz"in kapitanı

"Çətinlik hiss etdik" -   "Kəpəz"in kapitanı

Date: 15 January 2016 18:47

“Uşaqlarda istək, həvəs var. Əlimizdən gələnin artığını etməyə çalışırıq ki, çempionata yaxşı şəkildə başlayaq. Məşqçilər korpusunun tapşırıqlarını artıqlaması ilə yerinə yetirməyə səy göstəririk”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in kapitanı Tural Axundov klub saytına deyib. 

Təcrübəli müdafiəçi məşqlərin ağır keçməsinə baxmayaraq, əzmlə hazırlaşdıqlarını vurğulayıb: “Gündə iki dəfə məşq edirik. Fiziki yükləmələr var, bu da normal sayılır. Hər bir futbolçu öz üzərində işləməli, daha da artırmalıdı. İlk yoxlama oyununda səhər məşq edib meydana çıxmışdıq. Əlbəttə ki, çətinlik hiss etdik. Amma başa düşürük ki, bu, ümumi işin xeyrinədi".

Mövsümün ikinci yarısı üçün Yevlaxda təlim-məşq toplanışında olan əsas komanda əvəzedici heyətlə birlikdə hazırlaşır. Hər iki komanda əsasən fiziki çalışmalar üzərində işləyir: “Gənclərin də arzusu elitada çıxış etməkdir, bunun üçün çalışırlar. Məşqlərdə canla-başla işləyirlər. Bir az da bizə baxıb təcrübə qazanmaq istəyirlər. Onlara bir kapitan kimi məsləhətim odur ki, yorulmadan məşq etsinlər, ağır məşqlərdən bezməsinlər. Bunu etsələr, yolları açıq olacaq”.

Fanat.az

Tags:  Çətinlik hiss etdik Kəpəzin kapitanı

RƏYLƏR


Top news