Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyada 4 milyard nəfər hələ də internetə çıxışa malik deyil

Dünyada 4 milyard nəfər hələ də internetə çıxışa malik deyil

Date: 15 January 2016 18:58


Bakı, 15 yanvar, AZƏRTAC
Dünya Bankının yeni hesabatına əsasən, dünyada 4 milyard nəfər hələ də internetə çıxışa malik deyil. Hesabat müəlliflərinin fikrincə, qlobal şəbəkədə rəqəmsal bərabərsizliyin aradan qaldırılması iqtisadi artıma, əhali üçün iş yerlərinin yaradılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək.
AZƏRTAC “un.org” saytına istinadən xəbər verir ki, hazırda müasir dünyada mobil rabitədən istifadə etmək imkanına malik olan insanların sayı elektrik enerjisi və ya su istehlakçılarının sayını ötür. Məlumata əsasən, son 10 ildə internet istifadəçilərinin sayı 3 dəfə artaraq 3,2 milyard nəfər təşkil edib, ancaq planetin əhalisinin 60 faizi, yəni təxminən 4 milyard nəfər hələ də internetə çıxışa malik deyil. Həmçinin mobil rabitənin sürətli inkişafına baxmayaraq, təqribən 2 milyard nəfər mobil telefonlardan istifadə etmir. Eyni zamanda, təxminən 1,5 milyard nəfər mobil siqnalın əlçatmaz olduğu ərazilərdə yaşayır.

Tags:  Dünyada milyard nəfər hələ internetə çıxışa malik deyil


RƏYLƏR


Top news