Azərbaycanlı aktrisa Türkiyədə yeni seriala çəkilir - VİDEO

Azərbaycanlı aktrisa Türkiyədə yeni seriala çəkilir - VİDEO
19:06 15 Yanvar 2016
95 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar incəsənət xadimi Məlahət Abbasova Türkiyədə yeni seriala çəkilib.

Türkiyənin dövlət televiziyası tərəfindən lentə alınan serialın ilk bölümü dünən nümayiş olunub.

Milli.Az bildirir ki, publika.az aktrisanın yeni çəkildiyi serial çəkimləri ilə əlaqədar Məlahət Abbasova ilə əlaqə saxlayıb. Hazırda Türkiyədə olan aktrisa bu filmdə çəkilməsi ilə qürur duyduğunu bildirib:
 
"Türkiyə tarixi, Çanaqqala döyüşü ilə bağlı 4 seriyadan ibarət serialdır və Türkiyənin dövlət telekanalı olan TRT-nin ən böyük layihələrindən biridir. Filmdə cəmi 2 qadın obrazı var. Həmin obrazlardan birinin mənə həvalə olunması mənim üçün qürurverici haldır".
 
Məlahət Abbasova əvvəllər də Türkiyədə lentə alınan tarixi filmlərdə rol aldığını açıqlayıb. O, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkə həsr olunan filmdə onun bacısını oynamağı isə karyerasının ən uğurlu dövrlərindən biri adlandırıb:
 
"Əvvəllər də tarixi filmlərdə rol almışam. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkdən bəhs olunan "Vida" filmində onun bacısını canlandırmışam. Bunun nə olduğunu təsəvvür edirsiniz? Bu rolumla fəxr edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/398260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR