Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

6 rayonun rəisi cəzalandırıldı

6 rayonun rəisi cəzalandırıldı

Date: 15 January 2016 19:11

Dövlət Statistika Komitəsinin 6 rayonda fəaliyyət göstərən idarəsinin rəisləri cəzalandırılıb.

Komitədən ANS PRESS-ə verilən məlumata görə, etik davranış qaydalarını pozduğuna görə qurumun 30.10.2015-ci il tarixli 255/k nömrəli əmri ilə Zərdab Rayon Statistika İdarəsinin rəisi Əhməd Bağırov, hesabat və icraçılıq intizamında yol verdikləri nöqsanlara və icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Dövlət Statistika Komitəsi kollegiyasının 2015-ci il 30 yanvar tarixli 2/1 nömrəli qərarı ilə Sabirabad Rayon Statistika İdarəsinin rəisi Fuad Məmmədov, Ağcabədi Rayon Statistika İdarəsinin rəisi Elsevər İsmayılov, Qusar Rayon Statistika İdarəsinin rəisi Abdulkərim Aşurov, Masallı Rayon Statistika İdarəsinin rəisi Sübhan Hüseynov, Kürdəmir Rayon Statistika İdarəsinin rəisi Ağalar Hacıyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.


Tahir Budaqov - DSK sədri

Bundan başqa, yol verdikləri nöqsanlar Daşkəsən Rayon Statistika İdarəsinin rəisi Xasay Hüseynovun, Zəngilan Rayon Statistika İdarəsinin rəisi Fuad Şıxaliyevin, Hacıqabul Rayon Statistika İdarəsinin rəisi Elman Nəcəfovun, İsmayıllı Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizovun, Şəmkir Rayon Statistika İdarəsinin rəisi Qafqaz Süleymanovun nəzərinə çatdırılıb, maliyyə vəsaitlərindən istifadə sahəsində yol verdikləri nöqsanlara görə Dövlət Statistika Komitəsinin 2015-ci il 09 fevral tarixli 12/t nömrəli əmri ilə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənova, Masallı Rayon Statistika İdarəsinin rəisi Sübhan Hüseynova, baş mühasibi Əhməd Kərimova, 2015-ci il 12 avqust tarixli 124/k nömrəli əmri ilə Şamaxı Rayon Statistika İdarəsinin rəisi Azər Məmmədova, baş mühasibi Tağı Qaraoğlanova, Şabran Rayon Statistika İdarəsinin baş mühasibi Hacıkişi Mahmudova xəbərdarlıq elan edilib, 2015-ci il 21 dekabr tarixli 331/k nömrəli əmri ilə Lənkəran Şəhər Statistika İdarəsinin rəisi Vaqif Mustafayev və baş mühasib İlham Abbasov barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.

Tags:  rayonun rəisi cəzalandırıldı


RƏYLƏR


Top news