Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ETSN: Ötən il Azərbaycanda istehsal olunan 10 avtomat meteostansiya işə salınıb

ETSN: Ötən il Azərbaycanda istehsal olunan 10 avtomat meteostansiya işə salınıb

Date: 15 January 2016 19:17

Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda istehsal olunan 10 avtomat meteostansiya işə salınıb. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, 39 AMS hamısı günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunub: "Hazırda Fransa və Finlandiya şirkətləri ilə bağlanan müqavilələr çərçivəsində müasir tələblərə cavab verən məlumatların təhlükəsiz saxlanması və idarə olunmasına imkan verən iqlim məlumatlarının idarə olunması sisteminin, məlumatların yığılması, ötürülməsi və emalı üçün müasir telekommunikasiya sisteminin və 33 avtomat meteoroloji stansiyanın alınaraq qurulması istiqamətində işlər aparılır. Meteoroloji proqnozların özünü doğrultması 94-97 faiz təşkil edib.Hidrometeoroloji proqnozlar müvafiq dövlət orqanlarına, sifarişçi təşkilatlara, kütləvi informasiya vasitələri ilə əhaliyə çatdırılır. İlk Avropa Oyunları keçirilən idman obyektlərində müvafiq avadanlıq qurularaq Oyunların yüksək səviyyədə meteoroloji təminatı həyata keçirilib".

Tags:  ETSN Ötən il Azərbaycanda istehsal olunan 10 avtomat meteostansiya işə salınıb

RƏYLƏR


Top news