Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Petkim” “Star” neft emalı zavodunun səhmdarı olmağı nəzərdən keçirir

“Petkim” “Star” neft emalı zavodunun səhmdarı olmağı nəzərdən keçirir

Date: 15 January 2016 19:23


Bakı, 15 yanvar, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi və səhmlərinin 61,32 faizi SOCAR-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.” hazırda İzmirin Əliağa rayonunda tikintisi davam etdirilən “Star” neft emalı zavodunun səhmdarı olmağı nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “BloombergHT” kanalına müsahibəsində “Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud məlumat verib. O bildirib ki, “Petkim Petrokimya Holding A.Ş.”nin “STAR Rafineri A.Ş.”də 7-10 faiz aralığında səhmə sahib olması üçün aparılan danışıqlar müsbət istiqamətdə davam etdirilir: “Star” neft emalı zavodunun səhmdarı olmaq “Petkim Petrokimya Holding A.Ş.”yə əlavə dəyər qazandıracaq”.
Xatırladaq ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.


Tags:  Petkim Star neft emalı zavodunun səhmdarı olmağı nəzərdən keçirir



RƏYLƏR


Top news