"Qanlı Yanvar"ın növbəti nümayişi baş tutdu (VİDEO, FOTO)

"Qanlı Yanvar"ın növbəti nümayişi baş tutdu (VİDEO, FOTO)
12:42 16 Yanvar 2016
253 Digər
Ölkə mətbuatı
A- A+

Rejissor Vahid Mustafa Yevin ərsəyə gətirdiyi “Qanlı Yanvar” filmi 20 Yanvar faciəsinin 26-cı ildönümü ərəfəsində bir sıra ali və orta təhsil müəssisələrində nümayiş edilir.

ANS PRESS-in məlumatına görə, bu gün film Bakı Slavyan Universitetinin tələbələrinə təqdim edilib. "Qanlı yanvar" filminin nümayişində universitetin rektoru Asif Hacıyev ANS Şirkətlər Qrupunun vitse prezidenti Mir Şahin Ağayev, prorektorlar, müəllimlər və tələbələr, eyni zamanda filmdə Larisanı canlandıram Tamilla Həmidova iştirak edib.


Azərbaycan xalqının müstəqillik, azadlıq uğrunda apardığı mübarizənin əksi olan "Qanlı Yanvar" filmi bu nümayiş zamanı da xüsusi rəğbətlə qarşılandı. Tələbələr filmə təkcə insan talelərinə acıyaraq deyil, həm də qürur hissi ilə baxdıqlarını gizlətmədilər.

Nümayiş sona çatdıqdan sonra Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev öz təəssüratlarını bölüşüb: “Belə filmlər Azərbaycan tarixini təkcə vətəndaşlarımıza deyil, həm də dünya ictimaiyyətinə çatdırmaq baxımından çox uğurlu addımdır. Baş vermiş hadisələri, yaşadıqlarımızı film şəklində təqdim etmək daha effektiv nəticəyə nail olur. "Qanlı Yanvar" filmi bu baxımdan yaxşı nümunə oldu. Ötən bir il ərzində filmin bir sıra xarici ölkələrdə nümayişi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq yolunda xeyli işlər gördü. Buna görə də filmin yaradıcılarına, xüsusilə Vahid Mustafayevə təşəkkür düşür”

Universitetin Pedaqoji fakültəsinin magistr pilləsinin ikinci kursunda təhsil alan Dürdanə Əliyeva film haqqındakı təəssüratlarını ANS PRESS-lə bölüşdü:

“Təbii ki, film mənə çox təsir etdi. Məncə, bu film 20 Yanvar hadisələrini əks etdirən ən gözəl ekran əsəridir. Kinoda ən çox təsiredici an iki qardaşın üz-üzə gəlməsi və ananın namaz üstündə duasıdır. Ananın duaları niyyəti saf olan qardaşa getdi”

Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev filmə görə rejissor Vahid Mustafa Yevi milli ruhun və multikulturalizm ənənələrinin təbliğinə görə xüsusi mükafatla da təltif etdi.

Onun mükafatı ANS Şirkətlər Qrupunun vitse prezidenti Mir Şahin Ağayevə təqdim olunub.

Bundan əvvəl isə film Azərbaycan Dillər Universitetinin tələbələrinə, Nizami rayonunda yerləşən, şəhid Kamil Eyyubovun adını daşıyan 12 saylı məktəbdə nümayiş olunub.

Tədbirin sonunda kinorejissor Vahid Mustafa Yev və ANS Şirkətlər Qrupunun vitse prezidenti Mir Şahin Ağayev Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının fəxri fərmanları ilə təltif ediliblər.

“Qanlı Yanvar” filmi bir neçə mötəbər film festivallarında nümayiş etdirilib və uğurlar əldə edib. Dekabrın 2-də film Hindistanda, 46-cı Beynəlxalq Qoa Film Festivalında tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub. Bu barədə tədbirin direktoru Sentil Rajan filmin rejissoruna xüsusi sənəd göndərib.

Bundan başqa Hindistanın ən məşhur qəzetlərindən olan “İFFİ daily”də “Qanlı Yanvar” haqqında məqalə dərc olunub.

Hindistanın Qoa şəhərində keçirilən festival Asiyanın nüfuzlu tədbirlərindən hesab olunur. “Qanlı Yanvar” filmi festivalda iştirak edən 3 tarixi filmdən biri olub. Hər il baş tutan mötəbər tədbirdə bu il 90 ölkədən 289 film nümayiş olunub.


Hindistanın xərirəsi

"Qanlı Yanvar" filmi bundan əvvəl də bir çox festivalda nümayiş olunub və müxtəlif diplomlarla təltif olunub. Həmin festivaldan bir həftə əvvəl isə film Estoniyanın nüfuzlu "Black Nights" festivalında nümayiş olunub.

Film oktyabrın 23-də Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalına da qatılıb. “Qanlı Yanvar” San Paulonun ən məşhur kinoteatrlarında nümayiş olunub.


Filmin nümayiş olunduğu San Paulonun ən məşhur kinoteatrları

Kinorejissor Vahid Mustafa Yevin 39-cu Beynəlxalq Monstra film festivalında nümayiş edilən “Qanlı Yanvar” filmi mükafata da layiq görülüb. Film postsovet məkanındakı həqiqətlərin çatdırılmasına görə diplomla təltif edilib.


"Qanlı Yanvar" bədii filminin mükafatı

“Qanlı Yanvar” sentyabr ayında isə Monreal Beynəlxalq Film Festivalında nümayiş edilib. Filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Velş və digər nümayəndələr də iştirak ediblər.

"Qanlı Yanvar" filmi festivalın xüsusi diplomuna layiq görülüb. Həmin diplomu prezident Serxio Lis Vahid Mustafayevə şəxsən təqdim edib.


"Qanlı Yanvar" filminin anonsu

Həmçinin oxuyun: "Qanlı Yanvar" tələbələri ağlatdı


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR