Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​BƏƏ Rusiyada oynayan iranlı futbolçuya viza verməyib

​BƏƏ Rusiyada oynayan iranlı futbolçuya viza verməyib

İranlı kainat gözəlini rədd edən Burak Özçivitdən SƏRT MESAJ - FOTOLAR (10 Fevral 2017 10:18)

Tarix: 15 Yanvar 2016 19:27

Bakı. 15 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Rusiyanın "Rostov" futbol klubunun hücumçusu 21 yaşlı İran vətəndaşı Sərdar Azmuna əmirliyə getmək üçün viza verməyib.
"Report" xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, "Rostov" əmirlikdə təlim-məşq toplantısı keçirəcək. Ancaq BƏƏ ilə İran arasındakı mövcud diplomatik gərginlik səbəbindən İran əsilli fubolçunun təlim-məşq toplantısına getməsində problem yaranıb.
Xəbərdə bildirilib ki, klub məsələnin tezliklə həll edilməsi üçün bütün imkanlardan istifadə edir.
Məlumata görə, Sərdar Azmun hazırda müstəqil şəkildə məşq edir.

Teqlər:  BƏƏ Rusiyada oynayan iranlı futbolçuya viza verməyib



RƏYLƏR


Top xəbərlər