Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Günəşli" yatağındakı qaz quyularından birində yanğının söndürülməsi (VİDEO)

"Günəşli" yatağındakı qaz quyularından birində yanğının söndürülməsi (VİDEO)

“Günəşli” yatağında daha bir quyu istismara verilib (15 Mart 2017 11:32)
Spirt dolu qatar relsdən çıxaraq alışdı (10 Mart 2017 23:12)
“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib (10 Mart 2017 13:22)

Tarix: 15 Yanvar 2016 19:28

Bakı. Trend:

“Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Belə ki, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilib, quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunub.

Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub.

Özüldə yanan digər quyuların da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Günəşli yatağındakı qaz quyularından birində yanğının söndürülməsi VİDEO



RƏYLƏR


Top xəbərlər