“Təhsildə beynəlxalq əlaqələr” layihəsi təqdim edilib

“Təhsildə beynəlxalq əlaqələr” layihəsi təqdim edilib
19:28 15 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB), “Level Up” Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Təhsildə beynəlxalq əlaqələr” layihənin açılış mərasimi keçirilib.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Elmar Məmmədov təşəbbüsçüsü olduğu layihə barədə məlumat verib və onun əhəmiyyətindən danışıb.
“Level Up” Təhsil və İnkişaf Mərkəzinin direktoru İsgəndər Ağayev bildirib ki, layihə Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyasına mühüm töhfə verəcək.
YAP GB-nin sədr müavini, Birliyin Ofis rəhbəri Əli Pənahov layihənin əsas məqsədinin təhsildə son yeniliklərin və elmi nailiyyətlərin gənclər arasında təbliği olduğunu vurğulayıb.
Sonra layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsilde_beynelxalq_elaqeler_layihesi_teqdim_edilib-918924

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR