Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sarayevoda IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə xüsusi toplantı keçiriləcək

Sarayevoda IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə xüsusi toplantı keçiriləcək

Date: 15 January 2016 19:33

Bakı. Trend:

2016-cı fevralın 2-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Sarayevo Müştərək Cəmiyyətlər və Dəyərlər Fondunun təşkilatıçılığı ilə xüsusi toplantı keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, “Dinlərarası dialoq: ekstremizmə cavab” mövzusunda keçiriləcək toplantı 2016-cı il 10-11 mart tarixində Bakıda baş tutacaq IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Niderlandın sabiq Baş naziri Kelye Maqne Bondevik, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya çıxış edəcəklər.

Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə Bosniya və Herseqovinanın Prezident Şurasının üzvləri arasında görüşün keçirilməsi də nəzərdə tutulur.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Sarayevoda IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə xüsusi toplantı keçiriləcək

RƏYLƏR


Top news