Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qonşularının tayasına od vuran tutuldu

Qonşularının tayasına od vuran tutuldu

Date: 15 January 2016 19:37

Qusarda qonşularının ot tayasına od vuran şəxs saxlanılıb. Milli.Az RTV-yə (Region TV) istinadən xəbər verir ki, saxlanılan şəxsin başqa əməlləri də istintaq zamanı üzə çıxıb.

Belə ki, rayon sakini 40 yaşlı Rusif Cavadov 2015-ci il sentyabr ayının 22-dən 23-ə keçən gecə törətdiyi cinayət hadisəsinə görə bir gün əvvəl həbs olunub.

O, yaşadığı Balaqusar kəndində qonşuları Zəfər İsmayılov Fərman Nurəliyevin tövlələrini, xeyli sayda ot bağlamalarını, təndirxananı, çardağı və ot biçən aparatı yandırıb. Polisin araşdırması zamanı hadisəni sərxoş halda törədən Rusif Cavadov şübhəni özündən uzaqlaşdırmaq üçün qeyri-adi yola əl atıb. 

Qusar Polis Şöbəsinin baş müstəntiqi Rəfael Tağıyevin sözlərinə görə, həmkəndlilərinin ot tayalarına od vurduqdan sonra o, izi itirmək məqsədilə öz həyətində olan yardımçı tikiliyə də od vurub.

Milli.Az


Tags:  Qonşularının tayasına od vuran tutuldu

RƏYLƏR


Top news