Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qobustan Regional Təlim Mərkəzində təlim kursu keçirilib

Qobustan Regional Təlim Mərkəzində təlim kursu keçirilib

Təlim zamanı tank buzun altına düşdü - 4 yaralı, 1 itkin (27 Mart 2017 03:59)
İranın futbol üzrə yığması Ermənistan komandası ilə yoldaşlıq görüşü keçirəcək (13 Mart 2017 18:07)
SOCAR-ın İdarəsində Aberdin Qazma Məktəbi və “Falck Safety Services” şirkətinin nümayəndələri ilə görüş keçirilib (10 Mart 2017 13:37)

Tarix: 15 Yanvar 2016 19:42

Bakı. 15 yanvar. REPORT.AZ/ 2015-ci ilin dekabr və 2016-cı ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində Şotlandiyanın Aberdin Qazma Məktəbinin təşkilatçılığı ilə “Qazma zamanı təzahür və atqıların qarşısının alınması” mövzusunda kurs keçirilib.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim Kompleks qazma işləri trestinin 3 qrupdan ibarət 29 nəfərlik mühəndis-texniki heyəti üçün keçirilib.
"Beynəlxalq Qazma Podratçıları Assosiasiyası tərəfindən akkreditə edilmiş təlim kursu mühəndis-texniki heyətə zəruri bilik və vərdişlərin aşılanması yolu ilə qazma əməliyyatlarının daha təhlükəsiz və səmərəli yerinə yetirilməsinə yönəlib. Kursda xüsusi tədris metodikası vasitəsi ilə təzahür və atqının səbəbləri, təzahürlərin əlamət və göstəriciləri, quyunun hermetikləşdirmə üsulları, quyunu boğmaq üçün lazımi məlumatlar, boğma, atqıya qarşı avadanlıq, trenajordan istifadə qaydaları dinləyicilərin diqqətinə çatdırılıb"-, məlumatda qeyd olunub.






Teqlər:  Qobustan Regional Təlim Mərkəzində təlim kursu keçirilib



RƏYLƏR


Top xəbərlər