"Bakcell" "Azercell" nömrələrinə zəng getməməsi ilə bağlı məsələyə aydınlıq gətirib

"Bakcell" "Azercell" nömrələrinə zəng getməməsi ilə bağlı məsələyə aydınlıq gətirib
19:47 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 15-də saat təxminən 14.15 radələrindən etibarən “Bakcell” nömrələrindən "Azercell" nömrələrinə zəng getməməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub.
“Bakcell”dən "Report"a verilən məlumatda qeyd edilib ki, şikayətlər əsasən "Azercell" abunəçilərinə edilən zənglərin tez-tez kəsilməsi, bütün xətlərin məşğul olması və zəng vuran zaman digər abunəçilərin telefon danışığının eşidilməsi ilə bağlıdır.
“Bununla əlaqədar olaraq abunəçilərimizin nəzərinə çatdırırıq ki, bunun səbəbi digər mobil operatorun sistemində baş vermiş texniki problemlə əlaqədardır. Ümid edirik ki, qarşı tərəf problemin tezliklə həll edilməsinə nail olacaq” - deyə “Bakcell”dən bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakcell-azercell-nomrelerine-zeng-getmemesi-ile-bagli-meseleye-aydinliq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR