Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İŞİD indiyədək Türkiyədə 10 terror aktı törədib"

"İŞİD indiyədək Türkiyədə 10 terror aktı törədib"

Date: 15 January 2016 19:47

Terrorçu İŞİD qruplaşması indiyədək Türkiyədə 10 dəfə terror aktı törədib.

Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanəhməd məscidindəki cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyə prezidenti namazdan sonra  yanvarın 12-də Sultanəhməd meyanında teror aktı törədilən yeri ziyarət edib.

R.T.Ərdoğan ölkədə həyata keçirilən anti-terror əməliyyatlarına da toxunub: "Sərhədyanı bölgələrimizdə hadisələrin inkişafına qətiyyən icazə verməyəcəyimizi söyləmişik. Türkiyə terrora əsla imkan verməyəcək. Ölkəmizin cənub-şərqində həyata keçirdiyimiz antiterror əməliyyatları adi əməliyyat deyil. Bunula yanaşı qonşu ölkələrdən gələn təhdidlərə qarşı da əməliyyatlarımız davam edir. Əlbəttə, İŞİD bunu hələ qəbul etmək istəmir. Bu, (yanvarın 12-də İstanbulda törədilən terroru nəzərdə tutur- "Report") qruplaşmanın Türkiyədə törətdiyi ilk teror deyil. İndiyədək İŞİD Türkiyədə 10 dəfə teror aktı törədib".

Türkiyə prezidenti terorçu PKK-nı dəstəkləyənlərə və onların himayədarlarına işarə edərək deyib: "İstər siyasətlə məşğul olsunlar, istər xəndək qazsınlar, istərsə dağa çıxsınlar, millətimizin atılması lazım olan addımlarla bağlı qərar verəcəyini bilirəm".

Milli.Az


Tags:  İŞİD indiyədək Türkiyədə 10 terror aktı törədib


RƏYLƏR


Top news