Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda transseksual sevgilisini öldürən oğlan məhkəmə qarşısında

Bakıda transseksual sevgilisini öldürən oğlan məhkəmə qarşısında

Date: 15 January 2016 19:52

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Şahlar Əliyevin (1995-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən il iyunun 23-də "İçəri şəhər" metrosunun yaxınlığında, S.Rüstəmov 16 ünvandakı mənzildə qətl baş verib. Səbail RPİ 9-cu polis bölməsi və rayon prokurorluğunun əməkdaşları aydınlaşdırıblar ki, Şabran rayon sakini Ayla Dəmirova (1988-ci il təv.) bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılarkən kəskin qanitirmədən dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, mərhumu yaxın münasibətdə olduğu Şahlar Əliyev qətlə yetirib. Onunla eyni mənzildə yaşayan rəfiqələri Aylanın bıçaqlandığını gördükdə ona yardım etməyə çalışıblar, lakin təqsirləndirilən şəxs onlara da bədən xəsarətləri yetirib.

İstintaqın gedişatında qətlə yetirilən Ayla Dəmirovanın hadisədən 1 ay əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlməsi müəyyən edilib. Onda məlum olub ki, Ayla Dəmirova əvvəllər Hətəmpaşa Dəmirov olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.

Mərhumun yaxınlarının sözlərinə görə, Ayla ilə Şahlar sevgili olublar. Dindirmə zamanı təqsirləndirilən şəxs bildirib ki, Dəmirova ona dostu ilə birlikdə xəyanət edib, buna görə o, qısqanclıq zəminində onu qətlə yetirib.

Milli.Az



Tags:  Bakıda transseksual sevgilisini öldürən oğlan məhkəmə qarşısında

RƏYLƏR


Top news