"Azərbaycanda biznesin təşkili üçün hər cür şərait var"

"Azərbaycanda biznesin təşkili üçün hər cür şərait var"
19:52 15 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatlar ölkədə biznesin təşkili üçün hər cür şərait yaradıb.

Trend-in məlumatına görə, bunu AZERNEWS-a müsahibəsində Ukraynanın Azərbaycandakı səfirliyinin İqtisadi şöbəsinin rəhbəri Vadim Sidyaçenko deyib.

O bildirib: "Bu barədə mənə Azərbaycanda işləyən ukraynalı biznesmenlər də deyirlər. Vergi, gömrük və fiskal sistemlərdəki islahatlar, sahibkarlıq sahəsində yoxlamaların ləğvi sahibkarlara daha böyük azadlıq verdi ki, bu da biznesi inkişaf etdirməyə imkan verir. Bir çox biznesmenlər qeyd edirlər ki, ölkədə işləmək daha asan olub".

V.Sidyaçenko Ukraynanın Azərbaycanla birgə müəssisələrin təsis edilməsinə maraq göstərdiyini vurğulayıb və onların yaradılmasında sənaye parklarının vacibliyini qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR