Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb

Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb
19:53 15 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına müraciət ünvanlayıb.
Bəyanatda deyilir ki, 26 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı qatı cinayətdir. Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür. Bu qanlı hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmindədir.
1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilməsi, ölkəmizə qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq, ovaxtkı SSRİ rəhbərliyi Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilib, hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçib, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları dağıdıb, nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, öz hüquqlarının, torpaqlarının və milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutulub.
Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra isə daha 21 nəfər öldürülüb. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, tibb işçiləri də şəhid olub, yaralanıb.
Beləliklə, ölçüyəgəlməz dağıntılar törədilib, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar xüsusi qəddarlıqla qətlə yetiriliblər. Qoşunun şəhərə daxil olması barədə rəsmi məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılıb. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunub, azğınlaşmış hərbçilər yaralıları yerindəcə güllələyib, ağır hərbi texnikanın tırtılları altına salıblar. Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün hətta cəsədləri məhv edirdilər.
O dövrdə faciə ilə bağlı ən sərt bəyanatı ulu öndər Heydər Əliyev verib və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edib.
1993-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 20 Yanvar tarixini Ümumxalq Hüzn Günü elan edib və bu gün respublikamızda hər il qeyd olunur.
Xüsusi qeyd edilməlidir ki, öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhali qoşun birləşmələri tərəfindən gülləboran edilib, lakin bu hadisə xalqımızın iradəsini qıra bilməyib və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın bu il 25 illiyini qeyd edəcəyimiz öz müstəqilliyini yenidən əldə etməsi ilə nəticələnib.
Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək verib, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş verib, torpaqlarımızın 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulub, bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti İlham Əliyev məlum münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə bəyan edib.
Həmin qanlı hadisələr zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilib, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə müvafiq müavinət, həmçinin onların ailələrinə Prezident təqaüdü verilir.
Bu günlərdə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiqlənib. Həmin plana əsasən, respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi, bu tədbirlərin KİV-də geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı KİV-lərində bu faciə barədə materialların verilməsi, habelə bütün tədris müəssisələrində xüsusi dərslərin aparılması nəzərdə tutulub.
Azərbaycan həqiqətlərinin, o cümlədən 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdəndir. İştirak etdiyimiz çoxsaylı beynəlxalq konfranslardakı və digər tədbirlərdəki çıxışlarımızda xalqımızın məruz qaldığı soyqırımları, terror hadisələri, habelə 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilib, bununla bağlı bəyanatlarımız nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanıb.
İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.
Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.
Beləliklə 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər və normalar mövcuddur. Eyni zamanda, bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə ovaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar var.
Göstərilənləri əsas tutaraq, dünya ictimaiyyətinin və beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəklərinə, bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına və cinayətkarların cəzasız qalmayacağına ümid edirik.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hava limanında güclü PARTLAYIŞ - FOTO

16 Avqust 2017 17:23

Xəzərin Corat qəsəbəsi hissəsində 1 nəfər batıb

16 Avqust 2017 17:22

DİM: Magistraturaya qəbul planı 82.58 faiz dolub

16 Avqust 2017 17:22

Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

16 Avqust 2017 17:22

Bakıdan 10 min kilometr aralıda yaşayan azərbaycanlılar: "Təki narkotikdən, ağır cinayətlərdən uzaq olun, yanınızdayıq"

16 Avqust 2017 17:19

Coratda bir nəfər dənizdə batdı

16 Avqust 2017 17:14

Manatın sabaha olan MƏZƏNNƏSİ

16 Avqust 2017 17:13

Ana və iki azyaşlı övladı yandı - MASALLIDA

16 Avqust 2017 17:13

Sərhəd zastavasının xidməti ərazisində gizlədilən silah-sursat aşkarlanaraq götürülüb

16 Avqust 2017 17:12

Doğuşdan sonra ölən anaların sayı niyə artır?

16 Avqust 2017 17:10

Lavrov: “Şimali Koreyanın iqtisadi boğulmasını dəstəkləmirik”

16 Avqust 2017 17:08

İstanbulda terror aktı törətmək istəyən 5 nəfər tutulub

16 Avqust 2017 17:07

Prezident onları təltif etdi - SİYAHI

16 Avqust 2017 16:58

Məşhur aktrisanın bikinidə şəkilləri ORTAYA ÇIXDI - FOTO

16 Avqust 2017 16:58

DSX-nin bir qrup hərbi qulluqçusu və mülki işçisi orden, medal və fəxri adlarla təltif edilib

16 Avqust 2017 16:58

DSX-nın əməkdaşları təltif edildi - SİYAHI

16 Avqust 2017 16:54

Almaniya millisinin Azərbaycan yığmasına iki qol vuran futbolçusu sıradan çıxıb

16 Avqust 2017 16:52

Londonda hava limanında partlayış

16 Avqust 2017 16:49

Silahlı qruplaşmalar arasında qarşıdurma

16 Avqust 2017 16:47

Kopenhagendə bizi nə gözləyir? - ŞƏRHÇİLƏR DANIŞIR

16 Avqust 2017 16:43

Cəbhədə yanğınlar səngimək bilmir

16 Avqust 2017 16:42

Trampdan Rusiyanın qonşularına SÜRPRİZ

16 Avqust 2017 16:38

Azərbaycanda banklararası valyuta kreditləri bahalaşıb

16 Avqust 2017 16:37

“Samsung” daxili alkotesterə malik ilk smartfon hazırlayır

16 Avqust 2017 16:35

Bakıda inanılmaz olay: hamının gözü qarşısında özünü...

16 Avqust 2017 16:34

Prezident İlham Əliyev yeni sərəncam imzaladı

16 Avqust 2017 16:33

Bakı ehtiyatda olan veteran və zabitlərin regional mərkəzi olacaq

16 Avqust 2017 16:29

İstanbul qana boyanacaqdı - İŞİD-in PLANI

16 Avqust 2017 16:28

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusu və mülki işçisini təltif edib

16 Avqust 2017 16:27

DSX-nin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib

16 Avqust 2017 16:27

Novruzun durumuna aydınlıq gəldi

16 Avqust 2017 16:27

Sərdar Ortaç Manafın mahnısı paylaşıdı: “Bir çoxları ağız büzür”

16 Avqust 2017 16:24

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql 6% artıb

16 Avqust 2017 16:22

Bakı bulvarında dəhşətli hadisə

16 Avqust 2017 16:20

Rihanna haqqında ŞOK FAKTLAR – “Ağzı qanlı-qanlı üzümə tüpürdü”

16 Avqust 2017 16:18

Binəqədi, Mehdiabad və Novxanıda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dörd milyon manat ayrılıb

16 Avqust 2017 16:17

Məmmədov ÇL-in pley-off matçına təyinat aldı

16 Avqust 2017 16:17

Prezident "Azərsu"ya 4 milyon manat ayırdı

16 Avqust 2017 16:13

Useyn Bolt “Mançester Yunayted”in heyətində “Barselona”ya qarşı oynaya bilər

16 Avqust 2017 16:12

Ana hər kəsin gözü önündə oğluna kəllə atdı

16 Avqust 2017 16:10

“Öz meydanımızda “Qarabağ”a qalib gələcəyik” - Uroş Matiç

16 Avqust 2017 16:09

Obama tvitter tarixində ilkə imza atdı - 3.1 milyon...

16 Avqust 2017 16:08

AMEA-nın alimləri Xəzərin Xərə Zirə adasında elmi tədqiqatlar aparıblar

16 Avqust 2017 16:07

Məşhur ŞOUMEN

16 Avqust 2017 16:00

Dil qüsuru olan TV aparıcıları - Onları siz də TANIYIN

16 Avqust 2017 15:58

"Qarabağ"ın zəfəri Türkiyə televiziyasında müzakirə olundu - VİDEO

16 Avqust 2017 15:57

“Müğənni qızı evinə gəlin gətirən bilir ki..." - Samiradan maraqlı açıqlamalar

16 Avqust 2017 15:54

Hava limanında partlayış

16 Avqust 2017 15:50

Bakıda qadın bina evində 70 it saxlayır – VİDEO

16 Avqust 2017 15:48

UEFA "Qarabağ"ın Çempionlar Liqasından qazanacağı vəsaiti açıqlayıb

16 Avqust 2017 15:47