Əməkdar artist: “Məni Sibel Cana bənzədirlər”

Əməkdar artist: “Məni Sibel Cana bənzədirlər”
20:50 15 Yanvar 2016
144 Şou
Ölkə mətbuatı
A- A+

 

Əməkdar artist Almaz Ələsgərli bu gün Beynəlxalq Mətbuat Mərkəzində media əhli ilə görüşüb. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən ifaçı bildirib ki, görüşünün səbəbi, ifa etdiyi “Mən sənsiz” adlı mahnıya klip çəkdirməsidir: “Bu gün növbəti klipimi təqdim edirəm. Məndən olsa hər ay bir neçə dənə klip təqdim edərəm. Amma hazırkı dövrdə televiziyalarda klip saatı yoxdur. Çəkdirdiyimiz klipləri mediaya təqdim edib, “Youtube” şəbəkəsinə yükləməklə kifayətlənirik. Amma Türkiyədə belə deyil. Bu gün klip çəkilir, səhəri gün bütün telekanallar yayımlayır. Kaş ki, bizdə də belə ola. Buna baxmayaraq ruhdan düşmək lazım deyil, yeni işlər görmək lazımdır. Bu klip məni Türkiyənin tanınmış sənətçisi Sibel Cana bənzədirlər. Çəkilişlər zamanı sadəcə gözümə linza taxmışdım. Yəni imicimdə elə də ciddi dəyişiklik etdirməmişdim. Klip çox soyuq havada çəkildi. Çəkilişdən bir gün sonra qar yağdı. Düşünürəm ki, klip bəyəniləcək”.

 

Daha sonra tədbirdə A.Ələsgərlinin sənət dostları Kərim Abbasov, “Faytonçu” Nazim (Pişyari) də çıxış edərək, əməkdar artistə uğurlar arzulayıblar. Xatırladaq ki, “Mən sənsiz” adlı bəstənin söz və musiqisi Tural Bayraməliyevə məxsusdur. Ekran işinin rejissoru isə Natiq Novruzovdur. Qeyd edək ki, klip bir neçə saat sonra “Youtube” kanalına yüklənəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR