Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan tələbələrinin gözü ilə Türkiyə - SOSİOLOJİ SORĞU

Azərbaycan tələbələrinin gözü ilə Türkiyə - SOSİOLOJİ SORĞU

Date: 15 January 2016 19:59

Vüqar Məsimoğlu - APARICI

 

Nazim Cəfərsoy - “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasət üzrə fəlsəfə doktoru

 

Rahim Babayev - TÜDİFAK-ın beynəlxalq münasibətlər bölümünün 4-cü kurs tələbəsi

 

Türkiyə. Azərbaycanla strateji müttəfiq, tarixən dost olan ölkə. Siyasətçiləri Türkiyə Sizin üçün nə deməkdir sualına yəqin ki qısa şəkildə belə cavab verərdi. Amma cəmiyyət təkcə siyasətçilərdən ibarət deyil. Cəmiyyətin aparıcı qüvvəsi gənclikdir. Maraqlıdır, Azərbaycan gəncliyi Türkiyəni necə görür? Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsinin beynəlxalq münasibətlər bölümünün 4-cü kurs tələbələri bu suala cavab axtarıblar.

 

Azərbaycanda universitet tələbələrinin Türkiyə haqqındakı düşüncələri ilə bağlı anket sorğusu lahiyəsi çərçivəsində 14 universitetdə (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq ve İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Bakı Slavyan Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedoqoji Universieti, Xəzər Universiteti, Qafqaz Universieti) anket sorğusu keçirilib. Respondentlərin

50,6% (354 nəfəri) kişi, 49,4% (346 nəfər) isə qadın ibarət olub. Bu universitetlərin 700 tələbəsi anket soruğundakı 26 sualı cavablandırıblar. Anket çalışmasında qapalı və açıq tipli sualların köməyi ilə iştirakçıların Türkiyə haqqındakı düşüncələri ortaya çıxarılmağa çalışılıb, eyni zamanda Türkiyənin imicini təyin edən faktorlar olaraq tələbələrin Türkiyə haqqındakı məlumat səviyyəsinə bağlı suallar araşdırılıb.

 

Cəmiyyət üçün maraq doğuran bəzi sualların cavablarının bölüşüldüyü “Panoram” proqramında layihənin təşəbbüskarı, “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy və TÜDİFAK-ın beynəlxalq münasibətlər bölümünün 4-cü kurs tələbəsi Rahim Babayevlə sorğunun nəticələri müzakirə olunub.

 

Sual. Türkiyə haqqında ilk dəfə hansı mənbədən məlumat almısınız?

 

  1. Ailə və ya dostlar  - 33%
  2. Məktəb - 20%
  3. Xarici mətbuat - 14%
  4. İnternet - 13%
  5. Azərbaycan mətbuatı - 10%
  6. Türkiyə mətbuatı - 9%
  7. Digər - 1%

 

Sual. Nə vaxtsa Türkiyəyə getmisiniz?

 

  1. Bəli - 33%
  2. Xeyr - 67%

 

Sual. Türkiyəyə hansı məqsədlə getmisiniz və ya getmək istərdiniz?

 

  1. Turizm - 39%
  2. Təhsil - 25%
  3. Qonaq – 14%
  4. İşləmək – 13%
  5. Ticarət – 9%

 

Sual. Tanışlarınız və dostlarınız arasında Türkiyə vətəndaşı varmı?

 

  1. Bəli - 45%
  1. Xeyr - 55%

 

Sual. Türkiyə haqqında ilk düşüncəniz nədir?

  1. Qardaş ölkə - 53%
  2. Bir millət, iki dövlət - 22%
  3. Qonşu dövlət - 10%
  4. Strateji müttəfiq - 8%
  5. Adi bir xarici ölkə - 4%
  6. Heç bir düşüncəm yoxdur - 3%

 

Sual. Ən çox hansı Türk məhsulunu alırsınız? 

  1. Geyim - 53%
  2. Qida məhsulları - 21%
  3. Dəftərxana ləvazimatı - 8%
  4. Bütün məhsulları - 11%
  5. Ev əşyaları, mətbəx ləvazimatı - 7%

 

Sual. Türkiyə Superliqasında çıxış edən hansı komandanın azarkeşisiniz?

  1. Fənərbaxça - 29%
  2. Qalatasaray - 25%
  3. Beşiktaş - 13%
  4. Heç birinin - 12%
  5. Azarkeş deyiləm - 8%
  6. Türkiyə milli komandası - 8%
  7. Trabzonspor - 3%
  8. Bursaspor - 1%
  9. Bütün komandalar - 1%

 

Sual. Azərbaycanın hansı sahələrdə Türkiyənin dəstəyinə ehtiyacı  var?

 

  1. Bütün sahələrdə - 23%
  2. Hərbi sahədə - 22%
  3. Təhsil sahəsində - 21%
  4. Siyasi sahədə - 15%
  5. İqtisadi sahədə - 13%
  6. Heç bir sahədə - 6%

 

Sual. Türkiyənin hansı sahələrdə Azərbaycanın dəstəyinə ehtiyacı var?

1.      Enerji sahəsində - 45%

2.      Bütün sahələrdə - 17%

3.      Siyasi sahədə - 9%

4.      Hərbi sahədə - 8%

5.      İqtisadi sahədə - 8%

6.      Təhsil sahəsində - 6%

7.      Heç bir sahədə - 7%

 

Sual. Azərbaycan-Türkiyə əlaqələrinin indiki durumunu necə dəyərləndirirsiniz?

  1. Yaxşı - 49%
  2. Çox yaxşı - 29%
  3. Orta - 20%
  4. Pis - 1%
  5. Çox pis – 0,5%

 

Sual. Azərbaycan-Türkiyə əlaqələrində əsas problemləri sadalayın.

  1. Yoxdur - 33%
  2. Həmrəyliyin olmaması - 8%
  3. Viza problemi - 7%
  4. Türkçülükdən uzaqlaşma - 6%
  5. Bilmirəm - 7%
  6. Digər - 39%

 

Sual. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək edə bilərmi?

  1. Qismən - 50%
  2. Bəli - 32%
  3. Xeyr - 18%

 

Sual. Türkiyə-Rusiya gərginliyində haqlı olan tərəf hansıdır?

 

  1. Türkiyə - 89%
  2. Rusiya - 4%
  3. Bilmirəm - 7%

 

Sual. Azərbaycan Türkiyə-Rusiya gərginliyi prosesində üzərinə hansı rol almalıdır?

 

  1. Aktiv - 38%
  2. Passiv - 29%
  3. Bilmirəm - 33%

 

Sual. Türkiyə-Rusiya gərginliyinin Azərbaycana təsiri necə olacaq?

 

  1. Pozitiv - 16%
  2. Neqativ - 35%
  3. Təsiri olmayacaq - 18%
  4. Bilmirəm - 31%

 

Nəticələrin müzakirəsi ilə APA TV-də yayımlanan “Panoram” proqramında tanış ola bilərsiniz. 


Tags:  Azərbaycan tələbələrinin gözü Türkiyə SOSİOLOJİ SORĞU

RƏYLƏR


Top news