Azərbaycan diaspor təşkilatının rəhbəri ABŞ-da yüksək vəzifəyə seçilib

Azərbaycan diaspor təşkilatının rəhbəri ABŞ-da yüksək vəzifəyə seçilib
20:08 15 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
ABŞ-dakı Azərbaycan diasporunun ən fəal nümayəndələrindən olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (US Azeris Network) və “Qarabağ” Fondunun idarə heyətinin rəhbəri Adil Bağırov Ohayo ştatının Dayton şəhərində Təhsil Şurasının rəhbəri seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Amerika Birləşmiş Ştatlarında rəsmi dövlət vəzifəsinə seçilmiş ilk azərbaycanlının rəhbərlik edəcəyi Təhsil Şurası ABŞ-da ən nüfuzlu ictimai qurumlardan hesab olunur. Qurum 14 min şagirdin təhsil aldığı 30 məktəbə və bu təhsil ocaqları üçün ayrılmış 500 milyon dollarlıq büdcənin icrasına nəzarət edir.
A.Bağırov Təhsil Şurasının rəhbəri vəzifəsinə seçilməsindən qürur hissi duyduğunu, ona olan inam və etibarı doğruldacağını bildirib. Xatırladaq ki, A.Bağırov 2013-cü ildə Ohayo ştatının Deyton şəhərinin Təhsil Şurasına üzv seçilib.
2011-ci il iyulun 4-də A.Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_diaspor_teskilatinin_rehberi_ABS_da_yuksek_vezifeye_sechilib-918947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR