Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Eynəkli qapıçılar (FOTO)

Eynəkli qapıçılar (FOTO)

Date: 15 January 2016 20:11

Antalyada təlim-məşq toplanışında olan "Verder"in məşqində maraqlı məqam diqqəti çəkib.

ANS PRESS-in məlumatına görə, Almaniya klubunun qapıçıları məşqə günəş eynəyinə bənzər eynəklərlə çıxıb.

Məlumata görə, günəş eynəyindən fərqlənməyən bu eynəklərin iki xüsusiyyəti var. Birincisi, eynək görüş səviyyəsini daraldır. İkincisi isə çox qısa aralıqlarla işığı qapadıb açır. Belə ki, qapıçı yarım saniyə topu görür, yarım saniyə görmür.


Kristian Vander

Komandanın qapıçılarla işləyən məşqçisi Kristian Vander bu eynəkləri yetirmələrinə bütün məşqlərdə taxdırır. Səbəbini isə belə açıqlayır: "Oyun zamanı qarşısında oyunçu olan qapıçının görüş səviyyəsi azalır və ya tamamilə qapanır. Bu vəziyyətə hazır olmaları üçün belə addım atmışıq".



Qeyd edək ki, "Verder" Antalyada Bakı "İnter"i ilə yoxlama oyunu keçirəcək.

Tags:  Eynəkli qapıçılar FOTO

RƏYLƏR


Top news