Azərbaycanda taxıl toxumuna olan tələbat daxili istehsal hesabına təmin olunub

20:22 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Astarada bu il taxıl terminalının inşası planlaşdırılır (26 Aprel 2017 17:17)
Azərbaycanda istehsal olunan pomidorun 25 faizi Rusiyaya ixrac edilib (06 Aprel 2017 11:22)
Azərbaycanda ötən il 6 mln. ton neft, 3 mlrd. kubmetr qaz emal olunub (08 Mart 2017 11:32)

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kollegiyada çıxış edən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “2015 ildə toxumçuluq sistemində mövcud vəziyyət və qarşıda duran vəzifələr” barədə geniş məlumat verib. Bildirilib ki, ölkədə aparılan toxumçuluq siyasətinin əsas məqsədi daxili toxum bazarını keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları və tingləri ilə təmin etməkdən ibarətdir. Bu vəzifənin həyata keçirilməsində özəl toxumçu və ting istehsalçılarının fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunan kvota əsasında elmi tədqiqat və digər müvafıq strukturların təcrübə təsərrüfatlarında tələb olunan miqdarda orijinal, superelit və elit toxumlarına çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin 2007-ci ildən başlayaraq 1-ci və 2-ci reproduksiyalı toxumlar və ting istehsalına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir. Bu tədbir respublikanm regionlarmda toxumçuluq və tingçilik işlərinin genişləndirilməsi, kənd təsərrüfatı bitkilərinin toxumlarının və tinglərinin artırılması, toxumçuluq təsərrüfatlarının maddi-texniki bazalarının yaxşılaşdırılması istiqamətində öz müsbət təsirini göstərir.
Dövlət qayğısından istifadə edən bütün növ toxum və ting istehsalçılarının istehsala marağı artıb, istər orijinal, superelit və elit toxumların, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib və bəzi bitki toxumlarına, xüsusən strateji əhəmiyyətə malik taxıl toxumuna olan tələbat, əsasən, daxili istehsal hesabına təmin olunub. Lakin bəzi hallarda torpaq mülkiyyətçiləri sort və səpin keyfıyyətləri məlum olmayan toxumlardan istifadə edirlər ki, bu da son nəticədə məhsuldarlığın kəskin azalmasına və məhsulun keyfıyyətinin pisləşməsinə səbəb olur.
2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 60,4 min ha toxumluq taxıl sahəsində aprobasiya aparılıb və dövlət standartlarının tələblərinə cavab verməyən 18,5 min ha sahə toxum dövriyyəsindən çıxarılıb, qalan 42,0 min ha sahə biçilib və toxumlar təmizlənərək kondisiyaya çatdırılıb. 2015-ci təsərrüfat ilində dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə cəmi 169,0 min ton taxıl toxumu istehsal edilib. İstehsal olunmuş taxıl toxumunun 119,0 min tonu buğda, 50,0 min tonu arpa toxumu olmaqla, cəmi toxumun 42,0 tonunu orijinal, 200,2 tonunu superelit, 1612,0 tonunu elit, 22,6 min tonunu R1, 43,0 min tonunu R2 və 100,0 min tondan artığı isə reproduksiyasız toxumlar təşkil edib. Toxum istehsalının 37,3 faizi özəl toxumçuluq təsərrüfatlarının, 1,5 faizi Aqrar Elm Mərkəzinin, 0,7 faizi DKTİM MMC-lərin, 60,5 faizi isə ayrı-ayrı fıziki və hüquqi şəxslərin payına düşür.
2015-ci il ərzində 54 fıziki və hüquqi şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib. Ümumiyyətlə, respublika üzrə cəmi 354 toxumçuluq subyekti toxum və ting istehsalı ilə məşğul olur.
Azərbaycan Prezidentinin 2 mart 2015-ci il tarixli sərəncamı ilə yaradılan Dövlət Toxum Fondu məhsul istehsalçılarını keyfiyyətli toxumla təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə köməklik göstərmək funksiyalarını həyata keçirəcək. Bu fəaliyyətlərin təmin olunması məqsədilə respublikada dövlət reyestrinə daxil edilmiş bitki sortlarının toxumları dövlət, yerli və sığorta fondlarına tədarük olunacaqdır. Bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib əhəmiyyətə malikdir.
Kollegiyanın sədri, nazir Heydər Əsədov toxumçuluğun bitkiçilik məhsullarının istehsalında ən vacib sahələrdən biri olduğunu, bu sahənin elmi əsaslarla inkişafının vacibliyini bildirərək toxumçuluq sahəsi üzrə assosiasiyaların yaradılmasını, toxumçuluq sisteminin elektron uçota keçirilməsi, bu sahədə struktur islahatlarının həyata keçirilməsinin, regional Aqrar Elm Mərkəzləri tərəfindən informasiya məsləhət xidmətinin yaxşılaşdırılmasının, bu sahədə şəffaflığa daha yüksək səviyyədə təmin etmək məqsədilə subsidiya alan toxumçuların ünvanları, torpaq sahələri, aldığı subsidiyanın miqdarı barədə qısa zamanda nazirliyin internet səhifəsində yerləşdirilməsinin vacibliyini bildirib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Danışan” kağız yaratdılar

23 May 2017 05:18

Tramp Amerika-İsrail münasibətlərini möhkəmləndirməyi davam etdirməyə söz verib

23 May 2017 05:15

Lüksemburqda meşə içində restoran - FOTO

23 May 2017 04:32

BMT-nin baş katibindən KXDR-yə MESAJ: "Dayan!"

23 May 2017 04:18

Parisdə bohem interyerli mənzil - FOTO

23 May 2017 03:32

İsrail əsgərləri fələstinli gənci öldürdülər

23 May 2017 03:26

Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO

23 May 2017 03:23

Etirazçılar sabiq prezidentin evini yandırdı

23 May 2017 03:18

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub - ölənlər var

23 May 2017 03:01

Bakıda özünü 5-ci mərtəbədən yerə atan gənc oğlan ölüb

23 May 2017 02:57

İngiltərədə konsertdə terror həyəcanı

23 May 2017 02:54

Kataloniya müstəqilliyini elan edəcək? -

23 May 2017 02:38

İtaliyada kiçik ailə üçün ev - FOTO

23 May 2017 02:32

İsveçin hava limanında şübhəli çanta səbəbindən insanları təxliyə ediblər

23 May 2017 02:29

Dövlət Departamenti: Türkiyə suriyalılara hamıdan çox yardım edib

23 May 2017 02:27

Azərbaycanda bu da oldu:

23 May 2017 01:55

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

23 May 2017 01:47

"Barselona" Vidalın qalmasını istəyir

23 May 2017 01:39

Danimarkada orta məktəb - FOTO

23 May 2017 01:32

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23 May 2017 01:27

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 01:27

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

23 May 2017 01:08

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 00:55

Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

23 May 2017 00:55

Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

23 May 2017 00:52

4 otaqlı mənzil əşyaları ilə birgə yandı - Sumqayıtda

23 May 2017 00:49

Əfsanəvi müğənninin təyyarəsi satışa çıxarılır

23 May 2017 00:39

Tanınmış aktrisaya xərçəng diaqnozu qoyuldu

23 May 2017 00:29

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:24

Cocuq Mərcanlıda 3 piyada əleyhinə mina və 1 tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)

23 May 2017 00:22

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:09

Astroloji proqnoz - 23 may

23 May 2017 00:08

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib

23 May 2017 00:07

Mənsum İbrahimov Hollivudda - FOTO

23 May 2017 00:05

Günün qoroskopu: işgüzar aktivlik artır

23 May 2017 00:05

"Terrorçuları dəstəkləyənlər terrorla mübarizə apardıqlarını deyə bilməzlər" -

22 May 2017 23:58

70-ci illərin İstanbulu FOTOLARDA

22 May 2017 23:57

Sumqayıtda ev yanıb külə döndü - VİDEO

22 May 2017 23:57

"Pike, axmaq, çempionu təbrik et"

22 May 2017 23:57

Yer üzünün ən zərərli 19 məhsulu! - FOTO

22 May 2017 23:57

25 yaşlı oğlan bıçaqlanıb

22 May 2017 23:57

Təcrübəli futbolçu katalon klubundan gedir

22 May 2017 23:57

İsmayıllıda 25 yaşlı oğlan bıçaqlandı

22 May 2017 23:54

Kimlər xərçəngə daha çox meyllidir? - Alimlər açıqladı

22 May 2017 23:53

Bərdədə banka məxsus inkassator maşını aşıb

22 May 2017 23:47

"Bakı-2017"nun başlanış mərasimi - FOTO/VİDEO

22 May 2017 23:47

Premyer Liqada "qızıl əlcək" mükafatı belçikalıya verildi

22 May 2017 23:42

"Danışan" kağız yaratdılar

22 May 2017 23:37

“Danışan” kağız yaratdılar

22 May 2017 23:36

Məşhur aktrisaya xərçəng diaqnozu qoyuldu -

22 May 2017 23:35