Bakcell: Azercell-in sistemində texniki problem var

Bakcell: Azercell-in sistemində texniki problem var
20:23 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 15-də saat təxminən 14:15-dən etibarən “Bakcell” nömrələrindən "Azercell" nömrələrinə zəng getməməsi ilə bağlı Bakcell-ə çoxsaylı şikayətlər daxil olur.

“Bakcell” şirkətindən Trend-ə verilən məlumata görə, şikayətlər, əsasən, "Azercell" abunəçilərinə edilən zənglərin tez-tez kəsilməsi bütün xətlərin məşğul olması və zəng vuran zaman digər abunəçilərin telefon danışığının eşidilməsi ilə bağlıdır.

"Bakcell" bununla əlaqədar olaraq abunəçilərinin nəzərinə çatdırır ki, bunun səbəbi digər mobil operatorun sistemində baş vermiş texniki problemlə əlaqədardır: "Ümid edirik ki, qarşı tərəf problemin tezliklə həll edilməsinə nail olacaq".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2481169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR