"Mançester Siti" növbəti transferini həyata keçirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Avstraliyanın "Çentral Kost Marinerz" klubunun futbolçusu Entoni Kaserası heyətinə cəlb edib.
Məlumatı Avstraliya klubunun saytı təsdiqləyib.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi E.Kaseras indiyə kimi "Çentral Kost Marinerz"də oynadığı 73 matçda 3 qol vurub.
Milli.Az