​Rusiyanın Ermənistandakı aviasiya bazasında təlim uçuşları başlayıb

​Rusiyanın Ermənistandakı aviasiya bazasında təlim uçuşları başlayıb
20:47 15 Yanvar 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı Erebuni aviasiya bazasında gənc pilotların "MiQ-29" qırıcılarında uçuş təlimi başlayıb.
"Report" xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, pilotlar ilk dəfə sərbəst şəkildə "MİQ-29" döyüş təyyarələrinin dördüncü nəslində dəniz səviyyəsindən 4-5 km yüksəklikdə uçuş tapşırıqlarını yerinə yetiriblər.
Təlim zamanı təyyarəçilər 30-dək 10 saatdan artıq uçuş edəcəklər. Bu il fevralın ortalarında keçiriləcək təlimdə isə onlar daha mürəkkəb tapşırıqları yerinə yetirəcəklər. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyanin-ermenistandaki-aviasiya-bazasinda-telim-ucuslari-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR